Bu günlərdə Ağcabədi rayon İcra Hakimiyyətində “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” ilə əlaqədar tədbir və treninq keçirilmişdir. Tədbirdə “Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun, Daxili İşlər Nazirliyinin, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları və Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Komissiyasının üzvləri iştirak etmişlər.
Tədbirdə çıxış edənlər əsrin bəlası olan narkomaniyaya qarşı aparılan mübarizədən, bu sahədə görülən işlərdən söhbət açmışlar. Onlar bildirmişlər ki, bu mübarizədə hüquq-mühafizə orqanlarının, dini qurumların və təhsil işçilərinin rolu böyükdür. Əlbəttə, narkomaniyanın və bu bəlaya düçar olanların müalicəyə cəlb olunması ilə bərabər, əhali arasında geniş maarifləndirmə işləri aparılmalı və ictimai qınağın da rolu artırılmalıdır.
Tədbir sonra YAP Ağcabədi rayon təşkilatının iclas zalında treninq şəklində davam etdirilmişdir.
“Aran”