2.5 C
Aghjabadi

Zəfər Günü münasibətilə ümumrayon tədbiri keçirilib

Ağcabədidə Zəfər Günü münasibəti ilə ümumrayon tədbiri  təşkil edilib. Heydər Əliyev  Meydanında keçirilən tədbirdə rayon icra hakimiyyətinin,hüquq-mühafizə orqanlarının, idarə,müəssisə və təşkilatlarının kollektivləri,rayon ictimaiyyəti, şəhid ailələri iştirak edib.

Öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olundu, önünə tər çiçəklər düzüldü.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.Sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

​Tədbirdə çıxış edən Ağcabədi rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov bildirdi ki, Vətən Müharibəsinin böyük qələbə ilə sona çatması tariximizın ən parlaq səhifəsidir. Otuz ilə yaxın davam edən Qarabağ müharibəsi cəmi 44 gün ərzində  Ordumuzun zəfəri ilə başa çatdı . Bu qələbənin kökündə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, dövlət-ordu-xalq birliyi dayanırdı… 

 ​Sonra Azərbaycan Silahlı Qüvvələrinin General-mayoru,Vətən Müharibəsi qəhrəmanı,Zəfər paradının iştirakçısı, həmyerlimiz Zaur Məmmədovun ünvanladığı  təbrik videoçarxı izlənildi. 

​Digər çıxış və təbriklərdən sonra ,  tədbir Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi Şəhər Uşaq Musiqi  məktəbinin kollektivinin təqdimatında konsert proqramı ilə davam etdirildi.  

​Tədbir başa çatdıqdan sonra Heydər Əliyev Meydanından Ağcabədi Qəhrəmanlar Parkına yürüş təşkil edildi. Parkda yürüşdə aparılan,  Ağcabədidən olan  42 şəhidin portretlərindən ibarət sərgi təşkil edildi və portretlərin önünə tər çiçəklər düzüldü.Qəhrəmanlar Parkında ağacəkmə aksiyası keçirildi və  44 ədəd ağac əkildi. 

Daha sonra Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə rayonun Şənlik kəndində yeni inşa edilən, 40 yerlik körpələr evi-uşaq başçasının açılış mərasimi keçirildi.

Xəbər lenti

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

İnkişaf Qələbənin əsasıdır

 “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik,...

“Niva” “Ford Transit”lə TOQQUŞDU- Sürücü öldü

Dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər...

Ağcabədidə ” 3 Dekabr -Beynəlxalq Əlillər Günü” qeyd olundu

Ağcabədidə " 3 Dekabr -Beynəlxalq Əlillər Günü" qeyd olunduAğcabədi rayonunda " 3 Dekabr Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş...

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Şərhlər