Qarabağ Muğam Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Zəfər konserti keçirilib. Qarabağ Muğam Mərkəzində keçirilən tədbirdə ilk öncə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri açıq elan edən Qarabağ Muğam Mərkəzinin direktor əvəzi Tural Niftəliyev Zəfər tariximiz haqqında geniş məlumat verib.
Sonra Ağcabədi Pedaqoji Kollecinin tələbələri və məktəblilərin iştirak etdiyi tədbir konsert proqramı ilə davam edib.