Müraciət həllini tapdı

Gənclərin Təhsil Mərkəzi  Qarabağ ofisinə Ağcabədi rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən MOB xidmətindən Ağcabədi rayon Qaraxanlı  kənd sakini Məmmədov Saməddin Fəxrəddin oğlu ilə bağlı yönləndirilən müraciət əsasında məlum olub ki, ailənion 6 övladı var. Ata I Qarabağ müharibəsi iştirakçısı olduğuna görə 80 manat, ana isə çoxuşaqlılığa görə 55 manat sosial müavinət alır. Ailə üzvləri işsizdirlər. Ailənin 13 may 2002-ci il təvəllüdlü övladı II qrup əlildir, diaqnozu serebaral iflicdir və hazırda əlil arabasına ehtiyacı vardır.

​Müraciətə uyğun olaraq mərkəzin sosial işçisi ailəni qiymətləndirdikdən sonra “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətinə müraciət edilib və müraciətə operativ cavab verilərək, Saməddin Məmmədov əlil arabası ilə təmin olunub.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com