9 noyabr 2021-ci il tarixdə Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyində “Zəfər yolu” adlı inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Müsabiqədə şəhər ümumtəhsil məktəblərinin VII, VIII, IX və X sinif şagirdlərindən 14 nəfər iştirak edib.
Müsabiqə iştirakçıları, Ü. Hacıbəyov adına şəhər 7saylı tam orta məktəbin VIII sinif şagirdi İnci Musayeva I, Ə. Alıyev adına şəhər 12 saylı tam orta məkətbin IX sinif şagirdi Şahnaz Quliyeva II, həmin məktəbin X sinif şagirdi Fərid Quliyev isə III yerə layiq görülərək Fəxri diplomlarla təltif ediliblər.
Mərasimin sonunda qaliblərlə xatirə şəkli çəkilib.
Rəmziyyə HƏSƏNOVA