Silsilə tədbirlər davam edir

YAP Ağcabədi rayon təşkilatının Vətən müharibəsinin ildönümünün qeyd edilməsi ilə bağlı təsdiq edilmiş “Tədbirlər planına” uyğun olaraq silsilə tədbirləri davam etdirir.

​Keçirilən növbəti tədbir “İqtidar-Ordu-Xalq birliyi: Zəfər Qələbəsi” mövzusunda YAP ərazi ilk təşkilat sədrləri, sədr müavinləri, Gənclər birliyinin üzvləri və YAP fəallarının iştirakı ilə keçirilən videokonfrans olmuşdur. 

Videokonfransı  YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq qeyd etmişdir ki, noyabr ayının 8-i Erməni işğalçıları üzərində Qələbənin  ildönümü və Zəfər günüdür. Bu bayram təntənəsini  Ali  Baş Komandan cənab İlham Əliyevin  əsl sərkərdə kimi  qələbəyə hesablanmış uzaqgörən siyasəti, güclü ordumuzun rəşadəti və  Azərbaycan xalqının sarsılmaz birliyi ilə əldə etmişik. Müharibə qurbansız ötüşmür. Zəfərə aparan yolda minlərlə şəhid vermişik. Qələbə onların qanı, canı bahasına əldə edilmişdir. 

İcazə verin Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olan şəhidlərimizin  əziz xatirəsini  1 dəqiqəlik sükutla yad edək.

Daha sonra R.Əhmədov konfransda mövzu ilə əlaqədargeniş məruzə etmişdir.

Konfransda 8 saylı YAP ərazi ilk təşkilatının sədri Anar Qasımov,​şəhid bacısı Nüşabə İbrahimova, II Vətən müharibəsi qazisi Cavid Allahverdiyev, YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin idarə heyətinin üzvü Vüsalə Məmmədova, Rəncbərlər kənd YAP ərazi ilk  təşkilatının  sədri Mehman Nağıyev çıxış edərək, Qələbə münasibətilə konfrans iştirakçılarını, eləcə də bütün Azərbaycan xalqını təbrik etmiş, erməni faşizmi üzərində tarixi qələbəni əsrlərlə davam edən Erməni təcavüzünün sonu kimi dəyərləndirmiş, qazilərə şəfa, şəhidlərimizə rəhmət diləmişdir. 

“Aran”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Əvvəlki məqaləMüraciət həllini tapdı
Növbəti məqalədəTurnir keçirilib

Şərhlər