Tarix Muzeyində Vətən müharibəsi şəhidi Samir Mikayıllıya məxsus əşyalar qorunur

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda şəhid Samir Mikayıllıya məxsus əşyalar qorunur.

Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, Samir Sabir oğlu Mikayıllı 1993-cü il yanvarın 1-də Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olub.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Samir Mikayıllı Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Ailəsinin verdiyi məlumata görə, Samir Mikayıllıya Şuşada göstərdiyi igidliyə görə 8 noyabrda kapitan rütbəsi vaxtından əvvəl verilib. 2020-ci il noyabrın 9-da şəhid olub, Ağcabədi rayonunda dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Samir Mikayıllı ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər