20.7 C
Aghjabadi
Bazar ertəsi, Noyabr 29, 2021

ELAN – Ağcabədi rayonunda məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi vəzifəsinə işə qəbul üzrə MÜSABİQƏYƏ start verilir

15 noyabr 2021-ci il tarixdən tərbiyəçilərin işə qəbulu üzrə müsabiqə üçün elektron qeydiyyat prosesinə başlanılır. Elektron qeydiyyat prosesi 15 noyabr – 01 dekabr 2021-ci il tarixlərini əhatə edəcək.

Müsabiqə 3 mərhələdən (elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçimi) ibarətdir.

Müsabiqənin ilk – elektron qeydiyyat mərhələsində namizədlər bit.ly/ag-tiq linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Ağcabədi rayonunda fəaliyyət göstərən və dövlət büdcəsindən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi vəzifəsinə işə qəbul müsabiqəsində orta ixtisas və ya ali təhsil müəssisələrini məktəbəqədər təlim-tərbiyə, ibtidai sinif müəllimliyi, ailə və ev təhsili ixtisasları üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak edəcək namizədlər Məşğulluq Mərkəzində işsiz və ya işaxtaran şəxs kimi qeydiyyata durmalıdır.

Müsabiqənin test imtahanı mərhələsində namizədlərə “məktəbəqədər pedaqogika”, “yaş və uşaq psixologiyası”, “savad təlimi”, “sadə riyazi təsəvvürlərin formalaşdırılması”, “kurikulum” və “ümumi dünyagörüşü” üzrə ümumilikdə 60 sual ünvanlanacaq.

Müsabiqənin test mərhələsinə 04 dekabr 2021-ci il tarixdən başlanılması nəzərdə tutulur.

Xəbər lenti

Xatirə bulaq kompleksinin açılışı

Noyabrın 19-da Ağcabədi rayonunun Minəxorlu kəndində Birinci və İkinci Qarabağ müharibələrində qəhrəmancasına həlak olan 11 nəfər Minəxorlu şəhidlərinin xatirəsini əbədiləşdirən bulaq kompleksinin...

Şəhadətə ucalmasından bir il ötdü

Noyabrın 22-də Ömər Rəhimlinin şəhidliyə qovuşmasının ildönümü mərasimi onun doğulub boya-başa çatdığı Hindarx qəsəbəsində qeyd edilmişdir. Mərasimdə rayon icra...

Ödənişsiz müayinə aksiyası

Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə “Green zone” sağlamlıq və estetika mərkəzinin...

Həsən Quliyevin xatirəsi anıldı

Noyabrın 21-də Ermənistan işğalçıları ilə gedən qızğın döyüşlərdə qəhrəmancasına həlak olan şəhid Həsən Quliyevin ildönümü onun doğulduğu və dəfn olunduğu doğma Sarvanlar...

ELAN – Ağcabədi rayonunda məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi vəzifəsinə işə qəbul üzrə MÜSABİQƏYƏ start verilir

15 noyabr 2021-ci il tarixdən tərbiyəçilərin işə qəbulu üzrə müsabiqə üçün elektron qeydiyyat prosesinə başlanılır. Elektron qeydiyyat prosesi 15 noyabr – 01...

Laçın rayonu əhəmiyyətli geostrateji mövqeyə malikdir

Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun...

Nə yazdığınızı bilirsiniz?

                                                Yenə də məsələnin əslindən xəbəri olmayan jurnalistlərin hay-küyü, yenə də özlərini  müdafiəçi kimi göstərərək reytinq toplamaq istəyi...

Bənövşəyi eşqim

  Qəmər  Ayatam Qəmər Ayatam yazıçılıq iddiasında olmayan, sadəcə düşüncələrini, yaşadıqlarını qələmə almaqdan rahatlıq tapan bir xanımdır. O qədər...

Ağcabədidə tütün məmulatı oğurlayan şəxs saxlanılıb

Ağcabədi rayonunda mağazaların birindən 1500 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən...

Silsilə tədbirlər

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatı tərəfindən silsilə tədbirlər keçirilib. YAP üzvü olmuş...

Şərhlər