Ağcabədi Olimpiya İdman Kompleksində boks idman növü üzrə uşaq və yeniyetmələr arasında açıq rayon turniri keçirilib.
Bölgə müxbiri xəbər verir ki, rayon Gənclər və İdman İdarəsi və Ağcabədi Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə Mingəçevir, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan, Qazax, Şəki şəhər və rayonlarından olan 150 idmançı mübarizə aparıb. Gərgin idman mübarizəsi ilə yadda qalan yarışda boksçular müxtəlif çəki dərəcələrində öz qüvvələrini sınayıblar. Turnirin yekununda qalib idmançılara diplomlar təqdim edilib.