1400 manat cərimə

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus epidemiyası əleyhinə  həyata keçirilən tədbirlər nəticəsində karantin qaydalarına riayət etməyən şəxslərə cərimələr tətbiq olunub.

            Mərasim təşkil edən Arazbar kənd sakini Elmidar Şəmiyev, Avşar kənd sakini Altay Əkbərli, Pərioğlular kənd sakini Rəfayıl Əbilov, Təzəkənd kənd sakini Ziya Rəhimov və mərasimdə iştirak edən İlhamə Həsənova hər biri 200 manat cərimə olunublar.

Qapalı məkanlarda  qaydaları pozanlarda eyni qayda ilə cərimələniblər.

Rayon sakini Qəni Əliyev 200, Laçın rayon Alxaslı kənd sakini Tağı Tağıyev və Cahid Alxasov isə 100 manat məbləğində cərimə ediliblər.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər