Möhtərəm cənab Prezident.
44 gündə qazanılan böyük Qələbəmiz Ali Baş Komandan kimi Sizin müdrik rəhbərliyinizin, Ordumuzun və xalqımızın birliyinin nəticəsidir. Siz hərb və diplomatiya meydanında olduğu kimi, informasiya savaşında da zəfər qazandınız. Bu Qələbə ilə Siz haqqı, ədaləti bərpa etdiniz.
Sizi noyabrın 12-də İstanbulda türk dövlətlərinin dövlət başçılarının iştirak etdiyi tədbirdə “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunmağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Sizin həyata keçirdiyiniz daxili və xarici siyasəti, məqsədyönlü islahatları ürəkdən bəyənirəm.
8 Noyabr – Zəfər Günü Azərbaycan dövlətinin çoxəsrlik dövlətçilik tarixinin təntənəsidir. Bu Qələbə müstəqil Azərbaycan Respublikasının dünyada artan nüfuzunu, gələcək inkişafını daha da möhkəmləndirdi.
Uca Allah Sizi həmişə qorusun, cənab Prezident. Biz Sizinlə fəxr edirik.
Hörmətlə,
Nəcəfov Əlizadə Şəmil oğlu,
Ağcabədi rayon Ağsaqqallar Şurasının sədri, müharibə veteranı.
Hörmətli Prezident, cənab Müzəffər Ali Baş Komandan,
Noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə “Türk Dünyasının Ali Ordeni” ilə təltif olundunuz. Heç kimə sirr deyil ki, Siz son 18 il ərzində dövlətçiliyimizin möhkəmləndirilməsi və inkişafına, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına, habelə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə misilsiz töhfələr vermisiniz. Bu fəaliyyətinizə görə çoxsaylı mükafatlara layiq görülsəniz də, bu Ali Ordenin mənəvi dəyəri hamımız üçün əzizdir.
Cənab Müzəffər Ali Baş Komandan, Sizin böyük sərkərdəlik məharətiniz, güclü iradəniz və qətiyyətiniz, yenilməz Ordumuzun şücaəti, xalqın Sizə olan birmənalı dəstəyi sayəsində qazanılan Qələbə miqyası və əhəmiyyəti baxımından bölgəmizin sərhədlərini aşır, bütün türk dünyasını əhatə edir.
Xalqımızın yaşadığı bu sevincli günlərdə Sizi bir daha təbrik edir, Zati-alinizə daha böyük uğurlar arzulayırıq.
Hörmətlə,
Kazımova Səadət
Tağıyeva Məlahət
Quliyeva Mətanət
Qasımov Teymur, təhsil işçiləri.
Möhtərəm cənab Prezident,
“Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Ağcabədi filialının çoxsaylı üzvləri adından Sizi, ailənizi və Sizin simanızda bütün Azərbaycan xalqını şanlı Qələbəmizin ildönümü münasibətilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, ailə səadəti arzu edirəm.
Erməni işğalçıları üzərində şanlı Qələbəmizlə torpaqlarımız işğaldan azad olundu, torpaqlarımız bütövləşdi, şəhidlərimizin qisası alındı, şəhidlərimizin ruhları şad oldu.
Allah Sizi qorusun, daim köməyiniz olsun.
Şanlı Zəfər bayramınız mübarək!
Hörmətlə,
Məhərrəmov İsmayıl Əsgər oğlu,
2-ci qrup Qarabağ müharibəsi əlili,
“Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Ağcabədi filialının sədri.
Hörmətli cənab Prezident.
Sizə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsini böyük sevinc və qürur hissi ilə qarşıladıq. Siz son 18 il ərzində dövlətçiliyimizin möhkəmləndirilməsi, inkişafı, sülhün, təhlükəsizliyin təminatı, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi işlərinə verdiyiniz misilsiz töhfələrə görə ayrı-ayrı dövlətlərin çoxsaylı yüksək müfakatılarına layiq görülmüsünüz. Bütün bu reallıqlar fonunda Türk Dünyasının Ali Ordeni ilə təltif edilməyinizin daha böyük məna və əhəmiyyəti var. Bu, Sizin türk dünyası qarşısındakı xidmətlərinizə verilən yüksək qiymətdir.
Cənab Prezident, Sizin adınız türk dünyasının tarixinə ən böyük Qələbəyə imza atan Ali Baş Komandan kimi yazılıb. Ali Ordenin təqdim edilməsi mərasimində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da bildirdiyi kimi, Qarabağda təxminən otuz il davam edən işğala Sizin qətiyyətli rəhbərliyinizlə 44 gün kimi qısa müddətdə son qoyulması təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir.
Möhtərəm Prezident, Ali Ordenə layiq görülməyiniz münasibətilə Sizə təbriklərimizi çatdırırıq. Böyük uğurlarınızla bizi bundan sonra da daim sevindirəcəyinizə inanırıq.
Ulu Tanrı Sizi qorusun.
Hörmətlə,
İbişova Gülgün Cabir qızı
Talıbova Ayşən Akif qızı
Qocayev Nicat Qoca oğlu
Qafarov Zeynal Barat oğlu
Süleymanov Ramil Cəmil oğlu
Ağcabədi Pedaqoji Kollecinin tələbələri
Hörmətli cənab Prezident.
Sizin istər ölkəmizin, istərsə də regionun, xüsusilə türk dünyasının bu günü və gələcəyi ilə bağlı atdığınız addımlar, əldə etdiyiniz uğurlu nəticələr hər zaman yüksək qiymətləndirilir. Qarabağın işğaldan azad edilməsi üçün göstərdiyiniz səylərə və türk birliyinin daha da güclənməsi işinə verdiyiniz töhfələrə görə Sizə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi bunun daha bir göstəricisidir. Bu qərar türkdilli ölkələrin dövlət başçılarının Sizin əvəzsiz xidmətlərinizə verdikləri yüksək dəyərdir. Sizi səmimi-qəlbdən təbrik edirik. Sizinlə fəxr edirik.
Müzəffər Ali Baş Komandan, Siz 44 günlük Vətən müharibəsində böyük Zəfəri təmin etməklə adınızı tariximizə qalib lider, torpaqlarımızın xilaskarı kimi yazdırdınız. Bu tarixi Qələbə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ilə yanaşı, həm də türk dünyasında birliyin və həmrəyliyin gücləndirilməsi, bölgədə davamlı sülhün və sabitliyin qorunması baxımından böyük əhəmiyyət kəsb edir. Odur ki, Siz bu yüksək mükafata layiq görüldünüz.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, yorulmaz fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.
Hörmətlə,
Quliyeva Gülər Əlizamin qızı
Səlimova Aytəkin İsib qızı
Qasımzadə Fəridə Anar qızı
Səfərova Səlimnaz Rəfi qızı
Abdullayeva Gülər Ərşad qızı
Ağcabədi Pedaqoji Kollecinin tələbələri
Əziz və hörmətli Prezident.
Sizə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi tarixi əhəmiyyət kəsb edən, bütün Azərbaycan xalqı üçün qürurverici bir hadisədir. Sizi ürəkdən təbrik edirik. Bu, Sizin türk dünyası qarşısındakı misilsiz xidmətlərinizə verilən dəyərdir. Belə bir ali mükafata layiq görülməyiniz həm də Sizin böyük şəxsiyyətinizə, türk dünyasında liderliyinizə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzunuza olan hörmət və qiymətdən irəli gəlir. Sizin kimi müdrik, cəsarətli, vətənpərvər Prezidentimizin olması ilə qürur duyuruq.
Möhtərəm Prezident, Ali Ordenlə təltif edilməyinizin əsas səbəbi təbii ki, Qarabağın azad edilməsi işində göstərdiyiniz yorulmaz səylərdir. Prezident Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilmədi, eyni zamanda, bölgədə davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açıldı. Bu Zəfər ölkəmizin həyatında, bölgədə yeni səhifə açdı, yeni reallıqlar yaratdı. Siz tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdiniz. Sizini adınız tariximizə Azərbaycan xalqını vahid ideya, vahid amal ətrafında yumruq kimi birləşdirən, xalqının ən böyük arzusunu reallaşdıran lider kimi yazıldı.
Hörmətli Prezident, Sizə uzun ömür, cansağlığı, ölkəmizin inkişafı, xalqımızın firavanlığı naminə şərəfli fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzu edirik.
Hörmətlə,
Zeynalova Nəzrin Səfər qızı
Şıxəliyev Mehran İdris oğlu
Qəhrəmanlı Bəxtiyar Elşən oğlu
Quliyev Şəmsi İlham oğlu
Bekirov Mövlud Ömər oğlu
Ağcabədi Pedaqoji Kollecinin tələbələri
Möhtərəm cənab Prezident,
Siz düşünülmüş və uzaqgörən siyasətinizlə bütün türk dünyasında böyük nüfuz əldə etmiş, prinsipial lider kimi şöhrət qazanmısınız. Xüsusilə də 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə Sizi qətiyyətli, müdrik dövlət başçısı kimi bütün dünyada tanıdıb. Bu günlərdə Sizə “Türk Dünyasının Ali Ordeni”nin təqdim edilməsi gördüyünüz əvəzolunmaz işlərin məntiqi nəticəsidir. Bu mükafat Sizin şəxsiyyətinizə, yüksək nüfuzunuza, ən başlıcası, 30 il işğal altında qalmış ərazilərimizin mənfur düşməndən azad edilməsini, ölkəmizin ərazi bütövlüyünün bərpasını reallaşdıraraq bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına imkan yaradan Zəfərin qazanılmasındakı misilsiz xidmətlərinizə verilən layiqli qiymətdir. Ali Ordenin təqdim olunması mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Sizin haqqınızda söylədiyi dəyərli fikirlər bunu bir daha təsdiq etdi.
Əziz Prezident, biz Sizi çox sevirik. Sizinlə qürur duyuruq və inanırıq ki, fəaliyyətiniz yeni-yeni zəfərlərlə müşayiət olunacaq.
Hörmətlə,
Ələkbərov Kərim Yaqub oğlu,
İbrahimli Həbib Mirələm oğlu.
Möhtərəm cənab Prezident.
Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməyiniz münasibətilə Sizi Ağcabədi rayon təhsil işçiləri adından səmimi qəlbdən təbrik edirik.
Sizinlə bütün Azərbaycan xalqı fəxr edir.
Siz bizi daha uğurlu gələcəyə aparırsınız.
Eşq olsun Sizə, Ali Baş Komandanımız. Yaşasın müstəqil və müasir Azərbaycan!
Hörmətlə,
Həsənov İsmayıl Qulu oğlu
Ağcabədi rayon Təhsil şöbəsinin müdiri.
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan,
İlk öncə tarixi Qələbəmizin ildönümü və “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, cansağlığı arzu edirəm.
Cənab Prezident, 44 gün ərzində məhz Sizin düşünülmüş siyasətiniz, yüksək diplomatik bacarığınız və komandanlığınızla rəşadətli Ordumuzun həyata keçirdiyi əməliyyatlar bizə bu möhtəşəm Qələbə sevincini yaşatdı.
Buna görə də Sizə bir müharibə qazisinin həyat yoldaşı kimi dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Allah Sizi, ailənizi, dövlətimizi, xalqımızı qorusun.
Hörmətlə,
Həsənova Gülşən Xudaverdi qızı
Hörmətli cənab Prezident,
Sizin Azərbaycan dövlətinin inkişafı, xalqın rifahı naminə gördüyünüz işləri sözlə ifadə etmək çətindir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti layiqincə davam etdirərək çox böyük uğurlara nail olmusunuz. Hər zaman xalqımızın dəstəyinə arxalanmaqla həm daxili, həm də xarici siyasətinizdə milli maraqlarımızdan çıxış edirsiniz. Vətənimiz, xalqımız naminə atdığınız qətiyyətli, cəsarətli addımlar bizi çox sevindirir və qürurlandırır.
Möhtərəm Prezident, bu günlərdə Siz “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunmaqla bizə bir daha iftixar dolu anlar yaşatdınız. Siz bu ali mükafata yüksək intellektiniz, yürütdüyünüz müdrik, uzaqgörən siyasət, bütün türk dünyası qarşısında misilsiz xidmətləriniz sayəsində layiq görülmüsünüz. Biz həqiqətən də çox xoşbəxtik ki, Sizin kimi Prezidentimiz, ağıllı, savadlı, Vətənini, xalqını dərin məhəbbətlə sevən dövlətimizin başçısı var.
Cənab Prezident, uğurlarınızın daimi olmasını arzulayırıq. Sizin rəhbərliyinizlə Azərbaycanın hər zaman böyük zəfərlər qazanacağına əminik.
Hörmətlə,
Feyzullayev Feyzulla Arif oğlu,
Bayramov Rövşən Ərşad oğlu.
Hörmətli və Müzəffər Ali Baş Komandan!
“Türk Dünyasının Ali Ordeni” ilə təltif olunmağınız və Zəfər bayramı münasibətilə Sizi təbrik edirik.
Sizin sayənizdə Azərbaycan davamlı uğurlar, möhtəşəm nailiyyətlər əldə edir. Bütün bunlar xalqımız tərəfindən təqdir olunmaqla yanaşı, beynəlxalq səviyyədə də qiymətləndirilir. “Türk Dünyasının Ali Ordeni”nə layiq görülməyiniz də bu uğurların, türk birliyinə verdiyiniz dəyərli töhfələrin nəticəsidir.
Vətənimizin çiçəklənməsi naminə yorulmaz fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.
Ağcabədi şəhər 8 saylı uşaq bağçasının kollektivi adından hörmətlə,
Bayramova Gülnar,
Axundova Aytəkin,
Əliyeva Məhsəti.
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizi və ailənizi Zəfər Günü münasibətilə ailə üzvlərim adından səmimi qəlbdən təbrik edirəm.
Bizə bu qürurlu günləri yasatdığınız üçün Sizə dərin təşəkkürümüzü bildiririk.
Sizi daim Prezident görmək istəyirik. Çünki əminik ki, Azərbaycanın işıqlı gələcəyi Sizin adınızla bağlıdır. Biz Sizin bütün tapşırıq və göstərişlərinizi canla-başla yerinə yetirməyə hazırıq.
Var olun, mənim Prezidentim.
Hörmətlə,
Kazımov Musa Əli oğlu