Noyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisi və Ağcabədi rayon Mərkəzi Kitabxana Sistemi ilə birlikdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqlarına əməl edək və erkən nikahlara yox deyək” mövzusunda onlayn seminar-treninq keçirilmişdir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova, Ağcabədi rayon Mədəniyyət İdarəsi Ağcabədi rayon MKS-in müdiri Məhəbbət Əliyeva və Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının Hüquq şöbəsinin əməkdaşı Nurəddin Hacıyev çıxış etmişdilər.
Seminar-treninqdə müvafiq qrumların və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdirlər.