Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatı tərəfindən silsilə tədbirlər keçirilib.
YAP üzvü olmuş şəhidin xatirəsi yad edilib
YAP Ağcabədi rayon təşkilatı Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə Vətən müharibəsində şəhid olmuş YAP üzvü Azad Tapdıqovun ailə üzvləri ziyarət olunmuşdur.
YAP Ağcabədi rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Rövşən Əhmədov və rayon təşkilatının bir qrup fəalı ilə Avşar kənd qəbiristanlığında uyuyan şəhid Azad Tapdıqovun qəbri ziyarət edilmiş, qəbrin üzərinə tər-çiçəklər düzülərək, xatirəsi ehtiramla yad edilmişdir.
Qəbirüstü abidə önündə çıxış edən YAP rayon təşkilatının rəhbəri Rövşən Əhmədov 30 ilə yaxın torpaq həsrətinə Azad kimi qəhrəman oğlanların qəhrəmanlığı sayəsində 44 gün ərzində son qoyulduğunu vurğulamış, şəhidə allahdan rəhmət, valideyinlərinə səbr diləmişdir.
Kənd camaatı adından YAP Avşar ərazi təşkilatının sədri Yasin Cəfərov çıxış edərək Azad Tapdıqovun qorxmaz, cəsarətli bir gənc, siyasi cəhətdən savadlı, xalqını sevən, vətənpərvər bir YAP üzvü olduğunu, həmişə ictimai işlərdə fəallıq göstərdiyini, partiya tapşırıqlarını məsuliyyətlə yerinə yetirirdiyini qeyd etmiş, müharibə başlayan ilk gündən könüllü olaraq ordu sıralarına qatıldığını və oktyabr ayının 6-da Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəldiyini bildirmişdir.
Daha sonra ziyarətçilər şəhid Azad Tapdıqovun evində olmuşlar. Şəhidin atası Yeni Azərbaycan Partiyasının yaranmasının ildönümü ərəfəsində ölkənin aparıcı siyasi qüvvəsi olan partiyanın üzvü olmuş şəhid oğlunun ailəsini ziyarət etdiyi üçün öz minnətdarlığını bildirmişdir.
“Yeni Azərbaycan Partiyası Qələbələr Partiyasıdır” mövzusunda növbəti tədbir ZOOM proqramı vasitəsilə tədbir keçirilmişdir.
Konfransı YAP Ağcabədi rayon təşkilatının sədri vəzifəsini icra edən Rövşən Əhmədov açıq elan etmiş, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur.
Rövşən Əhmədov YAP-ın yaranmasının fəaliyyəti barədə geniş məruzə etmişdir.
Videokonfransda ADPU ərazi ilk təşkilat sədri Anar Kərimli, Heydər Əliyev Mərkəzinin direktor əvəzi Rövşanə Əliyeva, Qaradolaq kənd ərazi ilk təşkilatının sədri Ruslan Quliyev, Hacıbədəlli kənd musiqi məktəbinin direktoru Məhbubə Bəşirova, Qaravəlli kənd ərazi ilk təşkilat sədrinin müavini, Hüseyn Fərzəliyev çıxış edərək öz mülahizələrini konfrans iştirakçılarının diqqətinə çatdırmışlar.
Ağacəkmə aksiyası
YAP Ağcabədi rayon təşkilatı Yeni Azərbaycan Partiyasının təsis olunmasının 29-cu ildönümü münasibətilə noyabr ayının 20-də Ağcabədi-Beyləqan, Ağcabədi-Zərdab magistral yollarının kənarında ağacəkmə aksiyası keçirmişdir.
Aksiya çərçivəsində həmçinin Ağcabədi şəhərindən “Laçın obaları” adlanan əraziyədək uzanan “Zəfər prospekti”ndə 44 günlük müharibənin rəmzi olaraq 44 ədəd eldar şamı əkilmişdir.