Ümumi təhsil müəssisələrində fiziki aktivliyin təmin olunması məqsədilə maarifləndirmə tədbiri keçirilmişdir

         “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya” çərçivəsində  Ağcabədi şəhəri 9 saylı tam orta məktəbdə yuxarı sinif şagirdləri ilə maarifləndirmə tədbiri keçirilmişdir.

           Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Feruz Zamanov çıxış edərək bildirmişdir ki, dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycan da daxil olmaqla, yaşlı nəsillə bərabər, cavanların da daha çox oturaq həyat tərzi keçirməsi bir sıra qeyri-infeksion xəstəliklərin inkişafına təsir göstərir. Yeniyetmə və gənclər arasında yayılan piylənmə, ürək-damar xəstəlikləri və depressiyaya qarşı ən effektiv profilaktika metodlarından biri olduğuna görə aktiv fiziki həyat tərzinin təbliği çox vacibdir. Rayonun ümumi təhsil müəssisələrində fiziki aktivliyin təbliği ilə bağlı tədbirlər Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2015-ci il tarixli 1645 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”na uyğun   həyata  keçirilir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com