Ağcabədidə tütün məmulatı oğurlayan şəxs saxlanılıb

Ağcabədi rayonunda mağazaların birindən 1500 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, oğurluqda şübhəli bilinən Hindarx qəsəbə sakini Q.Musayev Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Əvvəlki məqaləSilsilə tədbirlər
Növbəti məqalədəBənövşəyi eşqim

Şərhlər