Xatirə bulaq kompleksinin açılışı

Noyabrın 19-da Ağcabədi rayonunun Minəxorlu kəndində Birinci və İkinci Qarabağ müharibələrində qəhrəmancasına həlak olan 11 nəfər Minəxorlu şəhidlərinin xatirəsini əbədiləşdirən bulaq kompleksinin açılışı olmuşdur. Açılış mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, kənd sakinləri, ziyalılar, şəhid valideynləri və mətbuat işçiləri iştirak ediblər.

Şəhidlərin mərmər üzərində şəkilləri həkk olunan bulaq kompleksinə içməli su xətti çəkilmiş, ətarfı abadlaşdırılmış, gül-çiçək və ağaclar əkilmişdir.

Açılış mərasimində çıxış edən kənd sakinləri və şəhidlərin yaxınları onların keçdikləri qısa, eyni zamanda şərəfli həyat yolundan danışaraq xatirələrini bölüşmüşlər. Məktəblilər şeirlər səsləndirmiş və şəhidlərin ölməz ruhuna dualar oxunmuşdur.

“Aran”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com