3.4 C
Aghjabadi
Cümə axşamı, Yanvar 27, 2022

Ay Laçın…

İllərdir onu işğal altında olmuş  Laçın rayonunun acı taleyi ilə səsləşdiyi üçün elə Laçın dərdi ilə oxuyublar. “Mən səndən ayrılmazdım, zülm ilə ayırdılar”, “Ay Laçın, can Laçın, Mən sənə qurban Laçın”, “Elçiləri qırılmış, özü elçi düşən yar”…

Sarı simə toxunmaq fikri var el arasında. Bax bu mahnıda Laçın rayonunun taleyi ilə səsləşən həmin misralar sarı simə toxunur. Elə buna görə də çoxluq tərəfindən Laçınımıza həsr olunmuş mahnı kimi qəbul edilib. Amma əlbəttə ki, bəlkə də 150-200 ilə yaxın yaşı olan bu xalq mahnısının Laçın rayonu ilə bağlılığı yoxdur. Laçın adını keçmişə dair materiallarda axtarıb tapmaq o qədər də çətin deyil və bu haqda kifayət qədər dəyərli məlumatlar var. Lakin bir oykonim kimi 1924-cü ildən işlənməyə başlayıb və odur ki, bu qədim xalq mahnısının Laçın rayonuna həsr olunmadığı məlumdur.  Mahnı ilə bağlı müxtəlif variantlar olsa da, əsasən  onun bir qıza həsr olunduğu fikrinin üstündə daha çox dayanılır. Bu mahnı bayatılardan ibarətdir və həmin bayatılardan  müxtəlif xalq mahnılarında da istifadə olunub.

Məsələn:

Arazı ayırdılar, Tello,

Su (və ya lil ilə) doyurdular, Tello,

Mən səndən ayrılmazdım, Tello,

Zülm ilə ayırdılar, Tello.

Araz axar lil ilə, Tello,

Dəstə-dəstə gül ilə, Tello,

Mən yarımı sevirəm, Tello,

Şirin-şirin dil ilə, Tello.

Və yaxud başqa bir mahnıda eyni bayatıya rast  gəlirik:

Araz axar lil ilə,

Ay qız-qız amandı.

Dəstə-dəstə gül ilə, dərdin alım,

Dəstə-dəstə gül ilə qadan alım…

“Ay Laçın” mahnısında da eyni bayatının sadəcə sonluğunda “Ay Laçın, can Laçın, Mən sənə qurban Laçın” misraları əlavə olunur. Və bu mahnıların hər birinin hansısa qıza ünvanlandığı aydın görünür.  Amma bu gün mənim toxunmaq istədiyim məsələ budur ki, əgər Laçın mahnısının sözləri uzun müddət Laçın rayonunun taleyi ilə səsləşibsə, həsrət, qovuşa bilməmək, zülm ilə ayrılmaq kimi eyni kədəri ifadə edibsə, gəlin bununla bağlı insanları çox qınamayaq. Bu mahnı xalq mahnısıdır, sözləri də qeyd etdiyim kimi bayatılardan ibarətdir. Hərəsi bir qəlbdən, bir dərddən, bir ağrıdan yoğrulub, doğulub.

Və hər hansı bir bayatının bir müəllifi olduğu halda o, bir çox insanın, bir bölgənin, hətta bir xalqın sevincini, kədərini, ağrı-acısını, dərdini ifadə edir. Xanımlar daha yaxşı bilər. Bəzən uzaqdan tanıdığın kiminsə yas məclisinə gedirsən. Yaxınlarına başsağlığı vermək, adətlərimizə uyğun olaraq yaxınlarına səbr diləmək üçün. Amma orada ağlamaq ağlının ucundan da keçmir. Həmin məclisdəki  qadınlar dərdlərini dilə gətirib bəzən dayanmadan çoxlu ağılar söyləyirlər. Sən sakitcə dinləyir, beş-on dəqiqə əyləşib sonra getmək haqqında düşünürsən. Lakin birdən bir misra səni  elə tutur, elə silkələyir ki, hönkürtünü kəsə bilmirlər. Nə vaxtsa atasını, anasını, bacısını və ya qardaşını itirmiş bir qadının dilindən deyilən bu yanğılı misraların müəllifi sanki sənsən, sənin sözlərin, sənin hisslərin cəmləşib o ağıda. Odur ki, eşidincə bayaqdan qoruyub saxladığın soyuqqanlı görünüşünü itirir, bütün atasını (əzizlərini) itirmiş qadınlara qoşulub ağlayırsan. Və “Laçın” mahnısı da, məhz işğal altında olduğu dövrlərdə öz kədəri, hüznü, yanğısı ilə Laçın rayonunun  həsrətini daha yaxşı ifadə etdiyi üçün həmin rayona həsr olunmuş mahnı kimi yaddaşlara köçdü. Bəli, mahnı ilə rayonun adının yaranma tarixi arasındakı fərqdən məlumatsız olanlar üçün (demək olar, çoxumuz üçün) bu, həm də bir az təəccüblü görünürdü. Necə olub ki, Laçının işğalından əvvəl yaranmış  mahnıda Laçının sonrakı taleyi bu qədər təsirli ifadə edilə bilib deyə… 

Amma bu mahnının yaranması nə qədər uzaqlara getsə də, bir həqiqət var ki, o, ifa edildikdə göz önünə  nə alagöz qız, nə digər variantlardakı Laçın quşu, yaxud “laçın kimi oğlan” deyil, məhz Laçın rayonu gəlir və məncə, biz buna alışmalıyıq. Təbii ki, mahnının qədimliyini  unutmamaq şərti ilə. Xudayar təsnifi kimi… “Vətən yaxşıdır” adlı 60 il əvvəl yazılan bu nəğmə qısa müddət ərzində məhz şəhid Xudayarın ifasında hər gün, hər yerdə səslənməyə başladı. Sosial şəbəkələrdə, televiziya ekranlarında bu mövzu müzakirə olundu, ona qarşılıq olaraq müxtəlif ifaçılar həmin mahnını səsləndirməyə başladılar…

Xudayar Yusifzadə haqqında videoçarxlar təqdim edildi, yazılar yazıldı, büstü hazırlandı. Hər kəs şəhidimizə öz sevgisini bacardığı qədər göstərməyə çalışdı. Çünki mahnının vətəndən bəhs edən sözləri, ifaçının  həmin vaxt vətən uğrunda döyüşdə olması, həmin ifadan cəmi  3 gün sonra şəhidlik zirvəsinə ucalması, an  etibarı ilə insanların belə görüntülərə həssaslıqla yanaşdığı vaxta təsadüf etməsi qısa zamanda  o mahnıya məhz Xudayar tərəfindən möhür vurulduğu fikrini meydana çıxardı. Bir çox təkliflər oldu. Nəhayət, hörmətli Xalq artisti Əlibaba Məmmədov musiqisi özünə, sözləri isə Əliağa Vahidə məxsus olan həmin nəğmənin “Xudayar təsnifi” adlandırılması üçün razılığını, xeyir-duasını verdi. Bu gündən sonra kim, harda ifa etsə “Vətən yaxşıdır”ı “Xudayar təsnifi” kimi təqdim edəcək. Hansı ki, bu mahnının sözləri də, musiqisi də Xudayarın yaşından uzağa gedib çıxır. Amma onun adı ilə yaddaşlarda qalacaq. Odur ki, gəlin mübahisə etməyək, bu mahnının Laçına dəxli yoxdur deyib bir-birimizi  mahnının tarixini, keçmişimizi bilməməkdə ittiham etməyək. Laçın mahnısı kimə yazılıbsa, kimin və ya nəyin taleyini əks etdiribsə, əlbəttə, bu, araşdırılmalı, öyrənilməli, təbliğ olunmalıdır. Amma Laçın rayonundan danışarkən kimsə bu mahnını zümzümə etmək istəyirsə, qoy etsin. Bunun kiməsə ziyanı yoxdur.

Məhsəti MUSA

Xəbər lenti

Ağcabədi rayon pambıq sahələrinin orta məhsuldarlığı 30 sentnerdən çox olub

2021-ci ildə Ağcabədi, Neftçala, Tərtər, Salyan və Yevlax rayonlarında pambıq sahələrində orta məhsuldarlıq 30 sentnerdən çox olub. Bunu kənd təsərrüfatı naziri İnam Kərimov...

Ağcabədi və ağcabədililər haqqında dəyərli nəşr III hissə

Vətən müharibəsinin Zəfərlə başa çatmasını müəllif xalqın, ordunun və dövlətin birliyinin nəticəsi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin təntənəsi kimi...

Məşhur xeyriyyəçi haqqında maraqlıfaktlar

Azərbaycan xalqının inkişafı üçün əlindən gələni əsirgəməyən böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev mənalı və maraqlı həyat yolu keçmişdir. O,...

Cərimələniblər

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində koronavirus pandemiyası ilə əlaqədar karantin qaydalarını pozan şəxslər cərimələniblər.  Belə...

Peyvənd olunanların sayı artır

Rayonda koronavirus pandemiyası ilə əlaqədar vaksinasiya tədbirləri davam etdirilir. Gün ərzində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına müraciət edən sakinlər müayinə edilərək peyvənd olunurlar....

Vəzifəli şəxs vəfat edib

Ağcabədi Rayon Suvarma Sistemləri İdarəsinin şöbə müdiri İnşallah Muxtar oğlu Sultanov ömrünün 61-ci ilində vəfat edib. Tanınmış mütəxəssis uzun illər meliorasiya-su təsərrüfatı...

Respublika fənn olimpiadalarına start verilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən respublika fənn olimpiadalarına start verilib. 22 yanvar 2022-ci il tarixdə  olimpiadanın birinci...

Ağcabədidə intiharın qarşısı alınıb

Xilasedicilər Ağcabədi rayonunda intihara cəhd edən şəxsi fikrindən daşındırıblar. Rayonun Hindarx sakini 1995-ci il təvəllüdlü Savalanov Tural Elzamin oğlu intihara...

Əməkdaşımız Orxan Kərimov İctimai TV-nin qonağı oldu

Orxan Kərimov İctimai Televiziyanın reytinqli proqramlarından olan Dikdaban verilişində "Gənclərin mütaliə marağı" mövzusunda qonaq olub. İzləmək üçün videonu açın...

Qanlı 20 Yanvar

  Yanvarın 19-da Ağcabədi Rayon Heydər Əliyev Mərkəzində “Qanlı 20 Yanvar" adlı tədbir keçirilmişdir. 5 saylı uşaq bağçası-körpələr evinin...

Şərhlər