Fəaliyyətə başladığı gündən gənclərin hərtərəfli inkişafının təmin olunması, onların əlavə bilik bacarıqlara yiyələnməsi üçün müxtəlif layihələr, təlimlər, intellektual tədbirlər həyata keçirən Gənclər İnkişaf və Kariyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin əməkdaşları və gəncləri bir araya gələrək nümayəndəliyin yaranmasının 2-ci ilini qeyd ediblər. Görüşdə çıxış edən nümayəndəliyin direktoru Fuad Əliyev, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Ləman Zeynlova, rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Rövşanə Əliyeva gəncləri bu münasibətlə təbrik edərək, mərkəzə və əməkdaşlara fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Sonra gənclər görülən işlərin əhəmiyyətindən danışıb, öz ürək sözlərini söyləyiblər.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.
Rəmziyyə HƏSƏNOVA