3.1 C
Aghjabadi

Soçi şəhərində üçtərəfli görüş zamanı Bəyanat imzalanmışdır

28 noyab tarixində Rusiyanın Soçi şəhərində təşkil olunan görüş zamanı Bəyanat imzalanmışdır. Görüş zamanı bildirilmişdir ki, il ərzində Azərbaycan və Rusiya arasında çox fəal dialoq aparılıb. İkitərəfli münasibətlər sürətlə inkişaf edir. İkitərəfli formatda çox məsələlər həll olunub. Münasibətlər bütün istiqamətlər üzrə qarşılıqlı maraqlar üzərində inkişaf edir. Əmtəə dövriyyəsi artır. İqtisadi sahədə əməkdaşlığa, o cümlədən biznes dairələri arasında qarşılıqlı maraq çox güclüdür. Münasibətlər çoxlu sahələri ehtiva edir. Hazırda iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsi reallaşdırılır.

Artıq 15 mindən çox azərbaycanlı tələbə Rusiyanın ali məktəblərində təhsil alır. Bu fakt ölkələrimiz arasında körpü deməkdir. Rusiya tərəfin fəal iştirakı ilə Azərbaycanın və Ermənistanın intellektualları, mədəniyyət xadimləri arasında əlaqələrin nizamlanması üçün cəhdlər atılır. 

Azərbaycan sərhədlərin delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırdır. Ermənistan tərəfinə açıq təklif olunub ki, qarşıdurmaya son qoyulsun, bir-birimizin ərazi bütövlüyü, suverenliyi tanınsın və gələcəkdə qonşular kimi yaşamaq üçün sülh müqaviləsi üzərində iş başlanılsın. Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən toqquşmalar risklərə nəzarət etmək, onları minimallaşdırmaq və yekun sülh razılaşması üzərində işləməklə bağlı məsələlərin müzakirəsini, o cümlədən üçtərəfli formatda müzakirəsini zəruri edir.

İl ərzində çox mühüm hadisələr baş verib. Fikir ayrılıqlarının nizamlanması işində qəbul edilmiş qərarlarCənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına şərait yaradacaq. Artıq hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi qulluqçu Ermənistan tərəfə verilib. Yaralanmış hərbi qulluqçuya azərbaycanlı həkimlər tərəfindən tibbi yardım göstərilib. Azərbaycan həmişə humanizm prinsipinin aliliyini əsas götürüb və bundan sonra da bu istiqamətdə davam etdirmək niyyətindədir. Azərbaycan Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindədir və bu formatda öz məqsədlərimizə nail olacağıq.

Bəyanatda Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhəti ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması şərtlənib.

2021-ci il 11 yanvar tarixli Bəyanata müvafiq olaraq, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyəti davam etdiriləcəkdir. Regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin həyata keçirilməsi zəruriliyi qeyd olunur.Üçtərəfli görüşdən bir həftə sonra Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət komissiyanın Moskvada bir araya gələcəyi də qərarların tez bir zamanda verilməsinə hesablanıb.

26 noyabrda imzalanmış sənəddə Minsk Qrupuna dair bir dənə də olsun bənd yoxdur. Həmsədr institutu koordinasiyalı şəkildə işləyə bilmir və nəticədə onun fəaliyyəti yalnız formal xarakter daşıyır. Həmsədrlərdən yalnız Rusiya daha fəal və təşəbbüskardır. Bununla da status məsələsi artıq Azərbaycan, Rusiya vəErmənistanın gündəliyindən çıxarılıb. Azərbaycan dövlətinin qətiyyətli mövqeyi sənəddə bir daha öz əksini tapıb.

Rusiya Federasiyası Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcəkdir.

Münaqişədən sonrakı mərhələdə Azərbaycan, üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında delimitasiya prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması mövqeyindən çıxış edir. Azərbaycanın mövqeyi dəyişilməz olaraq qalır. Biz həyati əhəmiyyəti olan Bəyanatın tam və sözsüz yerinə yetirilməsi üçün bütün mövcud imkanlardan səmərəli istifadə edcəyik.

Xəbər lenti

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür

Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları...

“12 Dekabr-Ümummilli Lider Heydər Əliyevin Anım günü”ilə əlaqədar məktəblərdə mühazirələr davam etdirilir

Bu gün Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva tərəfindən M.Aranlı adına 11 saylı tam orta məktəbin Gənc Heydərçilərinə Ulu Öndər Heydər...

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “12 Dekabr-Anım Günü” ilə əlaqədar “Heydər Əliyev və Gənclər siyasəti” adlı tədbir keçirildi

Tədbir 07 dekabr 2022-ci il tarixində Ağcabədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı və Ağcabədi şəhər M.Aranlı adına 11 saylı tam orta...

Ağcabədi sakininin çantasından oğurluq edilib

Yasamal rayonu ərazisindəki mağazaların birində Ağcabədi rayon sakini olan bir qadının çantasından içərisində pulu olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

Şərhlər