Yolun açıq olsun, Mirzə!

Məmmədov Mirzə Muğan oğlu Pərioğullar kənd tam orta məktəbinin 8-ci sinif şagirdidir. Heç bir rəssamlıq kursunun, dərnəyin üzvü deyil. Amma öz istedadı hesabına rəngli karandaşlarla portretlər çəkməyi çox sevir. Bir müddət öncə redaksiyamıza göndərilən bəzi  rəsmləri ilə tanış olduq və istədik ki, məktəbli balamızın ürəyindəki böyük vətən sevgisini,şəhidlərimizə olan ehtiramını əks etdirən həmin rəsmləri sizlərlə də paylaşaq.

Bəzən bir kiçik dəstək gələcəyin böyük şəxsiyyətinin, sənətkarının yetişməsinə təkan olur. Biz də Mirzəyə çıxdığı bu yolda uğurlar arzulayır, karandaşlarla çəkdiyi şəhidlərimizin portretlərini sizlərə təqdim edirik. İnanırıq ki, onun bu istiqamətdə inkişaf etdirilməsi üçün dəstək verən insanlar olacaqdır.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com