Nekroloq

Ağcabədi rayon ictimaiyyətinə ağır itki üz verib. Təcrübəli təsərrüfatçı, nümunəvi ailə başçısı Tofiq İsmayılov 67 yaşında dünyasını dəyişib.

Tofiq Bayram oğlu İsmayılov 1954-cü ildə rayonumuzun Yeni Qaradolaq kəndində anadan olub. Orta təhsilini həmin kənddə alıb, 1970-1972-ci illərdə Çexoslvakiyada hərbi xidmətdə olub. Ordu sıralarından tərxis olunandan sonra doğma kəndlərinə qayıdaraq təsərrüfatla məşğul olan T. İsmayılov 1986-1989-cu illərdə Göyçay Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. Sözügedən təhsil ocağını uğurla başa vurduqdan sonra uzun illər pambıqçılıqla yaxından məşğul olub. 2017-ci ildə 40 hektar pambıq sahəsindən 52 sentner “ağ qızıl” əldə edən Tofiq İsmayılovun əməyi yüksək qiymətləndirilərək Prezident İlham Əliyevin Sərəncamı ilə 1-ci dərəcəli “Əmək ordeni” ilə təltif edilib.

Qabaqcıl fermer hər il bir-birindən yüksək nəticələr əldə edərək, rayonumuzda pambıqçılığın inkişafında öz əməyini əsirgəmirdi.

Gözəl insan, dəyərli ailə başçısı və təcrübəli əmək adamı olan Tofiq İsmayılovun əziz xatirəsi onu sevənlərin qəlbində əbədi yaşayacaq, daim dərin hörmət və ehtiramla yad olunacaqdır. 

Allah rəhmət eləsin!

Rafil Hüseynov

Ağcbədi rayon İcra Hakimiyyətinin başçısı

Rövşən Əhmədov

Rayon icra hakimiyyəti başçısının 1-ci müavini

Xaliq Mirzəyev

Rayon İHB-nin müavini sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri

Qurban Babayev

Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri

Mərdəli Quliyev

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Səfər Səfərov

Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar

Hafiz Hüseynov

Hüquq şöbəsinin müdiri

Şöhrət Orucov

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri

Ceyhun Mamedov

İctimai-siaysi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı

Muxtar Bağırov

Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini

Abbas Süleymanov

Ağcabədi Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru

Süleyman Süleymanov

“P-Aqro” MMC-nin Ağcabədi filialının direktoru

Kazım Gülmalıyev

“Azərpambıq ASK” MMC Ağcabədi Pambıq İstehsalı və Emalı Zavodunun direktoru

Şahin Məhərrəmov

“MKT-İK”nin Ağcabədi filialının direktoru.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər