3.1 C
Aghjabadi

Rəşad Məcid Türkiyədə yüksək mükafata layiq görüldü

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Türk Ədəbiyyatı Vəqfinin 2021-ci il üçün “Türk Dünyasına Üstün Xidmət” mükafatına layiq görülüb. Bakupost.az xəbər verir ki, vəqfin başqanı Sərhat Kabaklının bu barədəki açıqlamasında Rəşad Məcidin həm Azərbaycan, həm də Türk dünyasında gənc ədiblərin yetişməsinə önəmli töhfələr verməsi, şeir, hekayə janrında yazdığı əsərlərinin onlarla dilə tərcümə olunması, xüsusən, publisistik yazılarıyla Türk dünyasının fərqli problemlərini diqqət mərkəzinə çəkməsi üstün cəhətlər kimi vurğulanır. Həmçinin bildirilir ki, R.Məcid özünün yüksək təşkilatçılığı ilə Azərbaycanın və AYB-nin Türk dünyasının ədəbi mərkəzlərindən birinə çevrilməsində mühüm rol oynayıb, onun rəhbərlik etdiyi “525-ci qəzet”də bu istiqamətlər hər zaman xüsusi yer tutub. 
Qeyd edək ki, R.Məcid son 30 ildən artıq bir müddətdə təkcə Türkiyədə deyil, Krımda, Qaqauz elində, Orta Asiya ölkələrində, eləcə də dünyanın digər bir sıra bölgələrində yaşayıb-yaradan türkdilli ədəbiyyat və mədəniyyət xadimlərilə sıx yaradıcı təmaslar qurub. Onların Azərbaycanda tanıdılması, bir çoxunun fəaliyyətinin, əsərlərinin ölkəmizdə ilk dəfə nəşri və təbliği işinə dəyərli töhfələr verib. Türk Ədəbiyyatı Vəqfi, Avrasiya Yazarlar Birliyi, Türkiyə Elmi və Ədəbi Əsər Sahibləri Məslək Birliyi (İLESAM) və digər qurumlarla əməkdaşlığı sayəsində R.Məcid həm də Azərbaycan ədəbiyyatının, mədəniyyətimizin Türk dünyasında təbliği naminə ciddi işlər görüb. 
R.Məcidin yaradıcılığı Türkiyə ədəbi mühitində diqqət və maraqla izlənilir. 2016-cı ildə Ankarada Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə R.Məcidin türk dilində nəşr olunmuş “Bir daha gelmeyecek” irihəcmli şeirlər toplusunun, 2017-ci ildə isə İLESAM-ın təşkilatçılığı ilə Ankaradakı Türk Tarix Qurumunun salonunda “Delicesine” kitabının geniş təqdimat mərasimi keçirilib. 2019-cu ilin noyabrında İstanbulda – Türk Ədəbiyyat Vəqfində, 2020-ci ilin yanvarında isə Bakıdakı Yunus Əmrə İnstitutunda R.Məcidin “Kalemsiz yazılanlar” kitabının təqdimatı olub.Sözgedən Vəqfin seçimində bütün bu cəhətlərə xüsusi diqqətlə yanaşıldığı üçün qurumun rəhbərliyi R.Məcidin 2021-ci il üçün “Türk Dünyasına Üstün Xidmət” mükafatı ilə təltif olunmasına qərar verib.

Əvvəlki məqaləAy Laçın…
Növbəti məqalədəNekroloq

Xəbər lenti

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür

Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları...

“12 Dekabr-Ümummilli Lider Heydər Əliyevin Anım günü”ilə əlaqədar məktəblərdə mühazirələr davam etdirilir

Bu gün Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva tərəfindən M.Aranlı adına 11 saylı tam orta məktəbin Gənc Heydərçilərinə Ulu Öndər Heydər...

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “12 Dekabr-Anım Günü” ilə əlaqədar “Heydər Əliyev və Gənclər siyasəti” adlı tədbir keçirildi

Tədbir 07 dekabr 2022-ci il tarixində Ağcabədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı və Ağcabədi şəhər M.Aranlı adına 11 saylı tam orta...

Ağcabədi sakininin çantasından oğurluq edilib

Yasamal rayonu ərazisindəki mağazaların birində Ağcabədi rayon sakini olan bir qadının çantasından içərisində pulu olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

Şərhlər