Alpaqut üzrə Avrasiya çempionu iləgörüş keçirilmişdir

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev alpaqut idman növü üzrə Avrasiya çempionatında uğurlu nəticə əldə etmiş idmançı Puri Elsevər Elşən oğlu ilə görüş keçirmişdir. İdarə rəisi idmançını qazandığı nəticə münasibəti ilə təbrik etmiş, ona yeni-yeni uğurlar  arzu etmişdir. 

Qeyd edək ki, 20-21 noyabr 2021-ci il tarixlərdə Türkiyə Respublikasının Bursa şəhərində keçirilən alpaqut idman növü üzrə Avrasiya çempionatında Puri Elsevər Elşən oğlu bütün rəqiblərinə qalib gələrək 1-ci yerə layiq görülmüşdür. Həmçinin o, alpaqut idman növü üzrə dünya çempionu, dünya oyunlarının qalibi və dəfələrlə Azərbaycan çempionudur.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər