2.1 C
Aghjabadi

“Əlilliyi olan şəxslərə qayğı və imkanların genişləndirilməsi” Forumu uğurla yekunlaşıb.

   BMT Baş Məclisi tərəfindən qəbul edilən 3 dekabr“Əlilliyi olan insanların Beynəlxalq günü”nün məqsədi əlilliyi olan bütün insanların hüquqlarını qorumaq,cəmiyyəti onların problemlərinin həllinə cəlb etməkdir.

Bu məqsədlə 2 dekabr 2021-ci il tarixlərində Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisinin təşəbbüsü Ağcabədi rayon İcra Hakimiyyəti və Ağcabədi regional „Asan xidmət” Mərkəzinin əməkdaşlığı ilə  “Əlilliyi olan şəxslərə qayğı və imkanların genişləndirilməsi”  Forumu keçirilmişdir.

İki hissədən ibarət olan Forumun rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Ardınca Vətənimizin azadlığı uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə Cənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin rəhbəri Radə Telmanqızı açaraq dövlətin əlilliyi olan vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə  həyata keçirilən işlərdən danışıb. O, bildirib ki, əlilliyi olan şəxslərə xüsusilə də uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunması sahəsində Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinə, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğısı nəticəsində ildən-ilə güclənir.

Tədbirin davamında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman aparatının) əlilliyi olan şəxslərin müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva, Ağcabədi regional „Asan xidmət” Mərkəzinin direktoru Şamxal Həsənov, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional mərkəzlərlə iş şöbəsinin əməkdaşı Əmirxan Səfərov, ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin Sosial sifarişlər və layihələr departamentinin müdiri Elmir Valehli, Ağcabədi rayon İHB aparatının Vətən müharibəsi iştirakçılarının və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov çıxış edərək, qonaqları salamladıqdan sonra Azərbaycanda əlilliyi olan şəxslərin vəziyyəti, onların sosial müdafiəsi istiqamətində həyata keçirilən dövlət proqramları, reabilitasiya xidmətləri haqqında danışıblar.

Forum çərçivəsində 30 noyabr -2 dekabr 2021-ci il tarixlərində keçirilən panel müzakirələr zamanı Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimovun moderatorluğu ilə “Azərbaycanda İnklüziv təhsilin vəziyyəti”, ADPU Ağcabədi filialının müəllimi Anar Kərimlinin moderatoruluğu ilə “Əlilliyi olan şəxslərin təhsil imkanları”, GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızının moderatorluğu ilə “Əlilliyi olan uşaqların xidmətlərə çıxışının təmin edilməsi istiqamətində mövcud problemlər və gələcək perspektivlər, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Xüsusi və  inklüziv təhsil üzrə baş mütəxəssisi, Pedaqogika üzrə fəlsəfə doktoru Lalə İmanovanın təqdimatında “İnkişaf geriliyi və əlilliyi olan uşaqlarda korreksiya işinin təşkili” və Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun elmi işçisi Nevroloq, reabilitoloq Mərziyyə Məmmədovanın təqdimatında “Əlilliyi olan uşaqların reabilitasiya tədbirlərinin təşkili” mövzularında müzakirələr aparılmışdır.

Forumun yekununda “İnklüziv cəmiyyət Naminə” şüarı ilə əlilliyi olan şəxslərin, İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin, 2 və 8 saylı körpələr evi-uşaq bağçasının uşaqlarının ifasında maraqlı konsert proqramı nümayiş etdirilmişdir.

Xəbər lenti

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

İnkişaf Qələbənin əsasıdır

 “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik,...

“Niva” “Ford Transit”lə TOQQUŞDU- Sürücü öldü

Dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər...

Ağcabədidə ” 3 Dekabr -Beynəlxalq Əlillər Günü” qeyd olundu

Ağcabədidə " 3 Dekabr -Beynəlxalq Əlillər Günü" qeyd olunduAğcabədi rayonunda " 3 Dekabr Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş...

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Şərhlər