3.4 C
Aghjabadi
Cümə axşamı, Yanvar 27, 2022

Ağcabədidə sağlamlıq imkanları məhdud uşaqlar üçün əyləncəli tədbir təşkil olunub

3 Dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar Ağcabədi rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün musiqili-əyləncəli tədbir keçirilib.
“Gələcəyə Qayğı” Regionların sosial-iqtisadi inkişafına dəstək İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Ağdam Reabilitasiya Mərkəzi və “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Ağcabədi Reabilitasiya Mərkəzinin birlikdə təşkil etdiyi tədbirdə sağlamlıq imkanı məhdud uşaqlar və Ağcabədi regional “ASAN xidmət” mərkəzinin könüllüləri iştirak ediblər.
“Azərbaycan Uşaqları” İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadə, Ağdam Reabilitasiya Mərkəzinin rəhbəri Gülər Cəfərova çıxış edərək, ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi əlillərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların daim dövlətin qayğısı ilə əhatə olunmasından söz açıblar.
Əyləncəli proqramla davam edən tədbirdə uşaqlar şeirlər söyləyib, rəqs ediblər.

Xəbər lenti

Ağcabədi rayon pambıq sahələrinin orta məhsuldarlığı 30 sentnerdən çox olub

2021-ci ildə Ağcabədi, Neftçala, Tərtər, Salyan və Yevlax rayonlarında pambıq sahələrində orta məhsuldarlıq 30 sentnerdən çox olub. Bunu kənd təsərrüfatı naziri İnam Kərimov...

Ağcabədi və ağcabədililər haqqında dəyərli nəşr III hissə

Vətən müharibəsinin Zəfərlə başa çatmasını müəllif xalqın, ordunun və dövlətin birliyinin nəticəsi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin təntənəsi kimi...

Məşhur xeyriyyəçi haqqında maraqlıfaktlar

Azərbaycan xalqının inkişafı üçün əlindən gələni əsirgəməyən böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev mənalı və maraqlı həyat yolu keçmişdir. O,...

Cərimələniblər

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində koronavirus pandemiyası ilə əlaqədar karantin qaydalarını pozan şəxslər cərimələniblər.  Belə...

Peyvənd olunanların sayı artır

Rayonda koronavirus pandemiyası ilə əlaqədar vaksinasiya tədbirləri davam etdirilir. Gün ərzində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına müraciət edən sakinlər müayinə edilərək peyvənd olunurlar....

Vəzifəli şəxs vəfat edib

Ağcabədi Rayon Suvarma Sistemləri İdarəsinin şöbə müdiri İnşallah Muxtar oğlu Sultanov ömrünün 61-ci ilində vəfat edib. Tanınmış mütəxəssis uzun illər meliorasiya-su təsərrüfatı...

Respublika fənn olimpiadalarına start verilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən respublika fənn olimpiadalarına start verilib. 22 yanvar 2022-ci il tarixdə  olimpiadanın birinci...

Ağcabədidə intiharın qarşısı alınıb

Xilasedicilər Ağcabədi rayonunda intihara cəhd edən şəxsi fikrindən daşındırıblar. Rayonun Hindarx sakini 1995-ci il təvəllüdlü Savalanov Tural Elzamin oğlu intihara...

Əməkdaşımız Orxan Kərimov İctimai TV-nin qonağı oldu

Orxan Kərimov İctimai Televiziyanın reytinqli proqramlarından olan Dikdaban verilişində "Gənclərin mütaliə marağı" mövzusunda qonaq olub. İzləmək üçün videonu açın...

Qanlı 20 Yanvar

  Yanvarın 19-da Ağcabədi Rayon Heydər Əliyev Mərkəzində “Qanlı 20 Yanvar" adlı tədbir keçirilmişdir. 5 saylı uşaq bağçası-körpələr evinin...

Şərhlər