Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 12 Dekabr – ulu öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar ümumtəhsil məktəblərdə fəaliyyət göstərən “Gənc Heydərçilər” qrupları arasında müsabiqə keçirildi.
İlk öncə Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva şagirdləri salamlayaraq müsabiqənin şərtləri haqqında ətraflı məlumat verdi, daha sonra ümumilli liderin Azərbaycanın ağır günlərində xalq üçün göstərdiyi əvəzsiz xidmətləri, həyat yolu, çoxşaxəli fəaliyyəti barədə məlumat verdi. Ulu öndərin Azərbaycan xalqının taleyində misilsiz rol oynadığını vurğulayan Rövşanə Əliyeva bildirib ki, müstəqilliyimizin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərpası məhz Heydər Əliyevin adı ilə bağlıdır və biz müasir tariximizin ən parlaq səhifələrində Heydər Əliyevin imzasını görürük.
Ümumilikdə 40-a yaxın şagirdin iştirak etdiyi müsabiqədə hər bir komandaya Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı 18 test sualı təqdim olunub. Qaliblər diplomlarla mükafatlandırılıb.