15.7 C
Aghjabadi

Ağcabədi və ətraf rayonlarda aqrar sahədə məlumatlandırma sessiyaları keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilməsi və əkin subsidiyaların alınması üçün müraciətlərin formalaşdırılması məqsədi ilə Ağcabədi, Ağdam və Tərtər rayonlarında məlumatlandırma sessiyaları keçirib.

Bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu rayonlarda ümumilikdə 55 min hektardan çox sahədə payızlıq əkinin aparılması proqnozlaşdırılır. Artıq sahələrdə səpin prosesi yekunlaşmaq üzrədir, taxıl səpininin optimal müddətdə başa çatacağı gözlənilir. 2020-2021-ci il mövsümündə Ağcabədi, Ağdam və Tərtərdə ümumilikdə 15 minə yaxın fermer öz əkinlərini EKTİS-də bəyan edərək, dövlət dəstəyindən yararlanıblar. Fermerlər aldıqları subsidiyanı həm yazlıq, həm payızlıq əkin dövründə gübrə, toxum və pestisid almağa sərf ediblər.

Görüşlərdə çıxış edən nazirliyin aparat rəhbəri Rəfail Quliyev bildirib ki, kənd təsərrüfatı bölgələrdə əhalinin məşğulluğunun təmin olunmasında və gəlirlərinin artmasında mühüm rol oynayır. Aqrar sahənin inkişaf etdirilməsi məqsədilə fermerlərə dövlət tərəfindən subsidiyalar ödənilir. Subsidiyaların verilməsi 2020-ci ildən başlayaraq EKTİS üzərindən həyata keçirilir. Fermer dövlət dəstəyindən yararlanmaq, subsidiya almaq üçün torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərini EKTİS-də açdığı şəxsi kabinetə yükləməli və hansı məhsulu əkdiyini bəyan etməlidir. Reqlamentə əsasən, torpaq sənədləri və əkin bəyanları monitorinqə cəlb olunur, nəticələr təsdiqləndikdən sonra subsidiya vəsaiti fermerlərin “Fermer kartı”na köçürülür. Fermerlər kartdakı vəsaitin 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra, qalan vəsaitdən isə gübrə, toxum, pestisid və s. aqrar istehsal vasitələri ala bilər.

Payızlıq əkinlərin bəyan prosesi dekabrın 30-da başa çatır. Bu tarixə qədər əkinlərini EKTİS-də bəyan etməyən fermerlərə subsidiya ödənilməyəcək. Məlumatlandırma sessiyalarında fermerlərə bəyanın son müddət tarixini gözləmədən əkin məlumatlarını EKTİS-ə daxil etmək tövsiyə olunub.

Fermerlərə Prezident İlham Əliyevin 7 oktyabr tarixində imzaladığı “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanı barədə geniş məlumat verilib. Bildirilib ki, fərman aqrar sahədə dövlət dəstəyi tədbirlərinin davamı olaraq pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması məqsədilə imzalanıb. Fermerlərə dövlətin yaratdığı imkanlardan yararlanmaq, öz torpaq sənədlərini qaydaya salmaq, sahib olduqları torpaq üzərində mülkiyyət hüququnu rəsmiləşdirmək tövsiyə olunub. Bildirilib ki, 2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək. Fermerlər bu çıxarışları əldə etmək üçün müvafiq dövlət qurumuna müraciət etməlidir.

Görüşlər zamanı EKTİS-də elektron kabinetin aktivləşdirilməsi proseduru, məlumatların daxil edilmə ardıcıllığı, aqrokimyəvi analizin verilməsi zərurəti, sahələrin müəyyən olunmuş reqlamentə uyğun sığorta edilməsinin fermerlərə verəcəyi üstünlüklər barədə iştirakçılara geniş məlumat verilib. İştirakçıların sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.

Xəbər lenti

Gənc fermerlərlə görüş keçirilib

Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar bölgələrdə məqsədyönlü tədbirlər, görüşlər keçirilir. Noyabrın 25-də gənc sahibkarların...

Ermənistanın cinayətləri beynəlxalq hüquq normalarının Pozulmasıdır

    Ermənistanın insanlığa qarşı cinayətlərinin beynəlxalq aləmdə ifşa olunması vacib amildir. Bu cinayətlər barədə Prezident ilham Əliyev 15 noyabrda Albaniyada rəsmi səfər zamanı mətbuata verdiyi...

Laçın aeroportunun inşası bölgənin beynəlxalq statusunu artıracaq

Laçın qədim tarixə və zəngin təbii ehtiyatlara malikolan ərazilərimizdəndir. Rayon 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. Ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən...

Narkomaniya ilə mübarizə məqsədilə Ağcabədi rayonunda təlim təşkil olunub

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə Gənclər Fondu arasında imzalanmış tədbirlər...

Tədarük məntəqələrinə 285 min tondan çox pambıq təhvil verilib

Respublikada pambıq yığımı davam edir. Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 285743 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Hazırda...

Pielonefrit xəstəliyi haqqında bilmədikləriniz – HƏKİM DANIŞIR

Pielonefrit xəstəliyi sidik kisəsində infeksiya yayılmasından yaranır. İltihabi prosesin artması daxili kəskin inkişaf ilə bağlıdır. Xəstəlik tam müalicə olmadıqda, xroniki formaya keçir.

“Vətənin müdafiəsinə hazıram” Poliatlon çoxnövçülüyü üzrə rayon turniri keçirilmişdir

   24 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram”...

Anti-Azərbaycan təbliğatı İranın dəyişməz siyasətidir

  Azərbaycan bütün ölkələrlə o, cümlədən qonşuları ilə problemsiz münasibətlərin formalaşmasında maraqlıdır. Təəssüf ki, Azərbaycanın yerləşdiyi bölgədə qonşu olduğu dövlətlər bizim ortaya qoyduğumuz münasibətlərə...

RİH yanında İctimai Şura və “Aran” qəzetinin rəhbərləri tələbələrlə görüşüb

         Ağcabədi rayon İcra Hakimiyyəti yanında İctimai Şura və  “Aran” qəzetinin birgə təşkilatçılığı ilə Ağcabədi Pedaqoji Kollecinin tələbələri...

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı şəhid anasının dəvəti ilə onu evində ziyarət etdi

Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən istər I-ci Qarabağ müharibəsi , istərsə də vətən müharibəsi şəhidləri daim diqqət mərkəzində saxlanılır . Bu ailələr...

Şərhlər