Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində “1 Dekabr–QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş məktəblilər arasında atletika idman növü üzrə rayon turniri keçirilmişdir. Turnir oğlan və qızlar arasında 100 m, 200 m və 400 m məsafəyə qaçışdan ibarət olmuşdur. Turnirdə 10 komanda olmaqla 30 nəfər iştirak etmişdir.
Beləliklə, 100 m məsafəyə görə I yeri M.F.Axundov adına şəhər 3 saylı məktəb-liseyinin şagirdi Esmira Həsənli, II yeri M.Aranlı adına şəhər 11 saylı tam orta məktəbin şagirdi Məskura Ələsgərova, III yeri M.Əsədov adına şəhər 5 saylı tam orta məktəbin şagirdi Ayşən İsmayılova, 200 m məsafəyə görə I yeri S.Vurğun adına şəhər 4 saylı tam orta məktəbin şagirdi Nicat Kərimov, II yeri şəhər 6 saylı tam orta məktəbin şagirdi Məhəmməd Vəlizadə, III yeri M.Aranlı adına şəhər 11 saylı tam orta məktəbin şagirdi Aqşin Novruzov, 400 m məsafəyə görə I yeri Ş.Hüseynov adına şəhər 2 saylı tam orta məktəbin şagirdi İsmayıl Hacıyev, II yeri S.Vurğun adına şəhər 4 saylı tam orta məktəbin şagirdi Yaşar Həsənov, III yeri M.F.Axundov adına şəhər 3 saylı məktəb-liseyinin şagirdi Rəvan Tağıyev qazanmışdır.
Turnirin yekun nəticələrinə əsasən I, II və III yerləri tutmuş idmançılara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqim olunmuşdur.