Rayonda pambıq yığımı davam edir

            Qəzetimizin əvvəlki saylarında da məlumat verdiyimiz kimi Ağcabədidə cari ildə yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki  qaydalara ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərəvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun olaraq, optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib.  Nəticədə pambıq sahələrində bol məhsul yetişib.

   Pambığın vaxtında və itkisiz yığılması üçün bir sıra lazımi tədbirlər həyata keçirilib. Pambığın yığımına 48 ədəd pambıqyığan kombayn,  həmçinin kifayət qədər traktor və qoşqu cəlb olunub.  Bunun nəticəsidir ki,  hazırda rayonda 11 min hektardan artıq əkin sahəsindən   32 min ton 903 kiloqram pambıq tədarük edilib. Gündəlik artım  123 ton 405 kiloqram   olub. Hazırda bölgəmizdə pambıq yığımı uğurla davam edir.

Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com