Vaksinasiya tədbirləri

Rayonumuzda koronavirusa qarşı mübarizə vasitəsi olan vaksinasiya kompaniyası müntəzəm olaraq davam etdirilir. Pandemiya əleyhinə görülmüş tədbirlər nəticəsində rayon sakinlərinin böyük əksəriyyəti peyvənd olunmuşdur. Artıq 87 min 273 nəfər I-doza, 61 min 441 nəfər rayon sakini II- doza üzrə vaksin olunub. Peyvənd olunanlar arasında yaş mərhələsinin ardıcıllığına uyğun olaraq, 14 min 559 nəfər 65 yaşdan yuxarı, 44. min 691 nəfər 50-64 yaş arası, 26 min 191 nəfər 40-49 yaş arası, 32 min 32 nəfər 30-39 yaş arası, 31 min 241 nəfərini 30 yaşdan aşağı şəxslər təşkil edir. Tətbiq olunmuş III- doza üzrə isə 17 min 721 nəfər şəxsə  vaksin  vurulub. 

           “Aran”

Şərhlər