Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında tələbələrin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə çıxış edən Ağcabədi Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ənvər Həsənov tələbələrə narkotik asılılığının törətdiyi fəsadlarla bağlı geniş məlumat verib. İnsan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb. Eyni zamanda, rayon ərazisində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri tələbələrin diqqətinə çatdırılıb.
Sonda isə iştirakçılarda maraq doğuran suallar cavablandırılıb.