16.7 C
Aghjabadi
Cümə axşamı, May 26, 2022

Beynəlxalq Könüllülər Günü qeyd olunub

Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisi tərəfindən 5 dekabr Beynəlxalq Könüllülər Günü ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı 44 günlük Vətən müharibəsi zamanı könüllü olaraq ordu sıralarına qatılıb Vətən torpağının hər qarışı uğrunda döyüşən şəhid və qazilərimizin timsalında bütün könüllüləri təbrik edib. O, könüllülük fəaliyyətinin əhəmiyyətindən söz açaraq qeyd edib ki,  BMT Baş Assambleyası 1985-ci ildə hökumətlərə hər il iqtisadi və inkişaf naminə 5 dekabr tarixini Beynəlxalq Könüllülər Günü kimi qeyd etməyi təklif edib. Könüllülük fəaliyyətinin gənclərin dünyagörüşünün artmasında mühüm rol oynadığını söyləyən natiq ölkədə mötəbər tədbirlərin keçirilməsində də könüllülərin aparıcı qüvvə olduqlarını vurğulayıb.

Sonra il ərzində aktiv fəaliyyətinə görə fərqlənən könüllülərə təşəkkürnamələr təqdim edilib.

Tədbirdən sonra  bir qrup könüllü Vətən müharibəsi zamanı könüllü olaraq ordu sıralarına qoşulan şəhid Həsən Süleymanov, Anar Cəfərov və qazi Cavid Allahverdiyev, Kamran Sadıqovun ailələrini ziyarət edib.

Xəbər lenti

Şənlik kəndində Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

28 May - Müstəqillik Günü münasibətilə Şənlik kənd tam orta məktəbində tədbir  keçirilib. Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin  sədri...

İcra başçısının səyyar qəbulları davam edir

    Növbəti görüş Şahsevən kəndinin sakinləri ilə keçirilib   Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun mütəmadi olaraq keçirdiyi...

Bir səyyar görüş haqqında təəssüratlarım

28 Aprel 2022-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Nəcəfqulubəyli kənd tam orta məktəbində səyyar qəbul keçirdi. Sözügedən kənd...

Ağcabədidə “Əbədi müstəqillik” adlı sərgi açılıb

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Günü ilə əlaqədar olaraq “Əbədi müstəqillik” adlı sərgi açılıb. Sərgidə...

Bağçılıq təsərrüfatı genişləndirilir

         Son illər rayonumuzda bağçılıq təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq ayrı-ayrı şəxslər, fermer təsərrüfatı rəhbərləri, mütəxəssislər özlərinə məxsus olan...

Ekoloji təfəkkürlə mədəniyyətin sosial sferada münasibətləri haqqında

Mədəniyyət problemi əsrlər boyu insanları düşündürmüşdür. Son iki əsrdə isə mədəniyyətlə yanaşı, daha çox diqqət çəkən məsələlərdən biri də ekoloji problemlərdir. Aydın...

Şəhidin doğum günü mərasimi

         Kəbirli kəndində Vətən müharibəsi şəhidi Təhmasib Qarayevin doğum günü qeyd olunub. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,...

Təcrübə məşğələləri yaxşı səmərə verir

         Nəcəf Allahverdiyev adına Ağcabədi Peşə Məktəbi tədris işlərini müasir səviyyədə qurur, tələbələrin bilikli və hazırlıqlı mütəxəssis kimi yetişmələri istiqamətində lazımi tədbirlər...

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Şərhlər