Layihə çərçivəsində növbəti görüş

                3 dekabr 2021-ci il tarixdə YAP Ağcabədi rayon təşkilatının binasında İcma Resurs Mərkəzi tərəfindən növbəti dəfə qadınlarla görüş keçirilib. “İqtisadi və sosial inkişafın iştirakına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlara bərabər imkanların yaradılması” layihəsi əsasında təşkil olunan görüşdə layihə rəhbəri Sevil Qasımova, xarici və yerli ekspertlər, eləcə də rayonun kəndlərindən olan qadınlar iştirak ediblər.

                BMT-nin İnkişaf Proqramı,Britaniya Hökuməti, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən birgə icra olunan layihənin əsas məqsədi gələcəkdə qadınların rihafının artırılması məqsədilə onları təlimlərə cəlb etməkdən ibarətdir.

                Qeyd edək ki, layihənin 2021-2024-cü illər ərzində həyata keçirilməsi nəzərdə tutulub

                 Rəmziyyə Həsənova

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com