Uşaqlar üçün ekskursiyalar təşkil olunub

            Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Muzeylərimizi tanıyaq və tanıdaq” interaktiv ekskursiya  layihəsi həyata keçirilir. Layihə çərçivəsində Ağcabədi rayon məktəbləlilərinin müxtəlif məkanlara və muzeylərə ekskursiyaları təşkil olunub. Ekskursiya zamanı uşaqlar əvəzsiz xalça və tətbiqi sənət nümunələri ilə birgə, müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri toplanan  Azərbaycan Milli Xalça Muzeyi, 17 mindən çox eksponatın saxlandığı Azərbaycan Milli İncəsənət Muzeyi, eləcə də dünyada ilk dəfə yaradılan “Suraxanı” gəmi muzeyi, Yarat Müasir İncəsənət Mərkəzi ilə tanış olublar. Şagirdlərə muzeylərdə saxlanılan kolleksiya fondu nümayiş etdirlib və onlara bu haqda ətraflı şəkildə məlumatlar verilib.

Həyata keçirilən ekskursiyaların əsas məqsədi uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, şagirdlərdə milli-mənəvi dəyərlərimizə hörmət hissini aşılamaq, tariximiz, abidələrimiz haqqında informasiyalar çatdırmaqdan ibarətdir.

Rəmziyyə HƏSƏNOVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər