03-06 dekabr 2021-ci il tarixlərində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş onlayn inşa-yazı müsabiqəsi keçirilmişdir.
Müsabiqənin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi, onun ideyalarının gənclər arasında təbliği, həmçinin rayonda bacarıqlı və istedadlı gənclərin aşkar edilməsi olmuşdur. İnşa-yazılar əvvəlcədən elan olunmuş qaydada e-mail vasitəsilə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinə göndərilib.
36 nəfərin iştirak etdiyi inşa yazı müsabiqəsində V.Məlikov adına Minəxorlu kənd tam orta məktəbinin şagirdi Şükürova Günel Elman qızı birinci, şəhər 1 saylı tam orta məktəbin şagirdi Hüseynova Sərvinaz Əlimərdan qızı ikinci, Poladlı kənd tam orta məktəbinin şagirdi Rəhimli Natəvan Şahin qızı isə üçüncü yerə layiq görülmüşdür.
Qaliblərə Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim edilmişdir.