Ağcabədidə koronavirus xəstəsi saxlanılıb

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı ictimai yerlərdə xəstəliyə yoluxmuş şəxslər aşkar olunublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının bu günlərdə keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri olan 5 nəfərin – Samir Həsənov, Hafiz Hümbətov, Aqil Qurbanov, Rövşən Cəfərov və Ariz Bahadurovun aktiv koronavuris xəstələri olduqları halda müalicə aldıqları ünvanları tərk etdikləri müəyyən edilib.

Saxlanılan şəxslərin polis əməkdaşları tərəfindən müalicə aldıqları ünvanlara qaytarılması təmin edilib.


Faktlarla bağlı araşdırmalar davam etdirilir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com