Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyində “Özünlə yarış” təlimi çərçivəsində rayon gəncləri ilə görüş keçirilib.
Təhsil və icma quruculuğu sahəsində ixtisaslaşan Resource HUB tərəfindən həyata keçirilən Almaniyanın MOCI-Qafqaz platforması çərçivəsində Təlimçilər üçün təlim proqramından keçən yeni təlimçi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Ləman Zeynalova tərəfindən keçilən təlimdə iştirakçılara “Özünüinkişafın əsas yolları”, “Maneələrlə qarşılaşdıqda özünü motivasiya”, “Özünə əminlik və özünüifadə” ilə bağlı məlumatlar verilib. Təlim zamanı müxtəlif oyunlar və kiçik yarışlar da təşkil edilib. Gənclər əylənərək öyrənib, asudə vaxtlarını səmərəli keçiriblər.
Tədbir zamanı nümayəndəliyin direktoru Fuad Əliyev iştirakçılara fikirlərini bildirib, Nur Zeynalova, Zaur Bəkirov, Ayxan Mamedov, İlona Hüseynova, Şövkət Quliyeva və digər gənclərin sualları cavablandırılıb.