Gender əsaslı zorakılıqla mübarizə

8 dekabr 2021-ci il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda onlayn seminar keçirilmişdir.Seminarda rayon icra hakimiyyəti aparatının əməkdaşları, Ağsaqqallar Şurasının sədr müavini, mədəniyyət müəssisələrinin və şəhər məktəblərinin nümayəndələri iştirak etmişlər.

Tədbiri görüş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə üzrə şöbə müdiri Əlizadə Nəcəfov  gender əsaslı zorakılığın təkcə qadınlara fiziki güc tətbiq etmək deyil, eyni zamanda emosional basqı, digər təzyiqlər, kişilər və qadınlar arasında ayrı-seçkiliyin əsas səbəbləri və onların aradan qaldırılması yolları, həmçinin bu kimi halların başvermə səbəblərinin aradan qaldırılması barədə ətraflı məlumat vermişdir.

Sonra rayon icra hakimiyyəti aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vüsalə Məmmədova, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov və Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova mövzu ətrafında çıxış etmişlər.

Şərhlər