Tarixdə böyük şəxsiyyətlər çox olub. Ancaq onların heç də hamısı doğma xalqı,Vətən üçün ömrünü fəda etməyib. Xalqımızın böyük oğlu, dahi şəxsiyyəti, müdrik siyasətçisi olan Heydər Əliyev məhz belə bir insan idi. O, dar gündə xalqımızın xilaskarı oldu. Xalqla nəfəs alan ulu öndər onu azad və xoşbəxt görmək istəyirdi.
Heydər Əliyev xalqımızın imzasını dünyanın siyasi və coğrafi səhifəsinə böyük hərflərlə yazdı. Onun ölkəmizə rəhbərlik etdiyi zaman xalqımız həyatın bütün sahələrindəböyük, uğurlu addımlar atdı. Elə bir sahə yox idi ki, ora Heydər Əliyev nəzər yetirməsin. Məhz bu böyük insanın tükənməz qayğı və diqqəti sayəsində biz siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil və bir çox sahələrdə misilsiz nailiyyətlər əldə etdik. Azərbaycan dövlətinin mövqeyi və adı beynəlxalq arenada hörmətlə çəkilməyə başladı, dünyanın ən nəhəng ölkələri artıq bizimlə hesablaşmalı oldular.
Heydər Əliyev hər nə edirdisə, ilk növbədə xalqınrihafı, xoş gələcəyi naminə edirdi. Bu da öz gözəl bəhrəsin verdi. Müstəqillik yolunda uğurla addımladıq, hərtərəfli inkişafa nail olduq. İndi böyük, uzaqgörən, dahi şəxsiyyət Heydər Əliyevin kursunun layiqli davamçısı, onun siyasətini davam etdirən Prezident İlham Əliyevin başçılığı altında 44 günlük müharibədə qarı düşmənə qalib gələrək, əzəli torpaqlarımızı geri aldıq. Artıq bütün dünya görür ki, Azərbaycan Cənubi Qafqazda söz sahibidir. Onun güclü iqtisadiyyatı və müzəffər ordusu var. Biz xalqın möhkəm birliyi ilə ən mürəkkəb problemlərin həllində öz səsini eşitdirə bilən, qalib, yenilməz xalqıq.
Heydər Əliyevin bütün ömrü qəhrəmanlıq tarixi idi. Bu tarixi ancaq Vətənini, doğma torpağını hədsiz dərəcədə sevən, əhdinə, amalına, əqidəsinə Heydər Əliyev kimi sadiq qalan qətiyyətli bir insan, uzaqgörən və müdrik siyasətçi yaza bilərdi. Ulu öndər bu tarixi qızıl hərflərlə yazdı və xalqımızın taleyində misilsiz rol oynayaraq, unudulmaz bir şəxsiyyət kimi yaddaşlarda dərin iz saldı.
Əsrin müqaviləsinin imzalanması, bir çox böyük əhəmiyyətli layihələrin həyata keçirilməsi, dünya ölkələri ilə sıx əlaqələr yaradılması, çətin günlərdə atəşkəsə nail olunması, xalqın həyatının bir çox sahələrində əsaslı dəyişikliklərin əldə edilməsi Heydər Əliyevin böyük xidmətlərinin nəticəsidir. Odur ki, xalqımızın bu böyük oğlunun adı hər bir azərbaycanlının qəlbində əbədi yaşayır.
Vaqif QARAYEV,
Ağcabədi Rayon İcra Hakimiyyəti
yanında İctimai Şuranın sədri