Dahi şəxsiyyət

Azərbaycanın zəngin tarixində fatehlər, sərkərdələr və dövlət xadimləri çox olub. Onların arasında ulu öndər Heydər Əliyev xüsusi bir yer tutur.

Milli dövlətçilik ənənələrinin qurulmasında vəinkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri vardır. Onun həyatı və siyasi fəaliyyəti tariximizdə müstəsna yer tutur. Müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü, bütün dünyada tanınması, məhz mükəmməl dövlət idarəetmə bacarığına malik Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində mümkün olub.

Ulu öndər 1969-cu ildə ilk dəfə Azərbaycana rəhbərlik etməyə başlayanda Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə olan Azərbaycan yalnız onun möhtəşəm fəaliyyəti nəticəsində ölkəmiz 1982-ci ildə müttəfiq respublikalar arasında qabaqcıl yerlərdə qərarlaşdı.

Ulu öndərin gördüyü işlər ölkədə sənaye və kənd təsərrüfatını yüksək səviyyədə inkişaf etdirdi. Heydər Əliyevin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırdı. Müasir Azərbaycan dövlətinin memarı, müdrik lider Heydər Əliyevin siyasi irsi daim öyrənilməli və təbliğ olunmalıdır.

Bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Başqa sözlə, ölkəmizin inkişafında, gələcəyə əmin addımlarla irəliləməsində lider fenomeni müstəsna əhəmiyyətə malikdir. Bu da bir həqiqətdir ki, müasir Azərbaycan dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, ulu öndər Heydər Əliyev olmuşdur. 

Heydər Əliyevin tarixi missiyası üç güclü faktor üzərində qurulub: birincisi, xalqın ümummilli liderə olan möhkəm və sarsılmaz inamı, dəstəyi, ikincisi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti və əzəməti, üçüncüsü isə, ulu öndərin xalqına, millətinə, Vətəninə olan sonsuz sevgisi.

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb ziddiyyətlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı cəsarətli addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. Və ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.

Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən, qarşıdurmadan və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı.

Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

1993-2003-cü illərdə ölkədə həyata keçirilən siyasət belə deməyə əsas verir ki, ulu öndər Heydər Əliyev müstəqillik amilinin əyani şəkildə bərqərar olması üçün ilk növbədə iqtisadiyyatda çoxşaxəli islahatların aparılmasını, davamlı inkişaf üçün möhkəm iqtisadi bazanın formalaşmasını vacib sayıb. 

“Təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir!” – deyən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə bu mühüm sahələrin inkişafına ali diqqət və qayğı yetirmiş, bu sahənin hərtərəfli tərəqqisi üçün bütün əməli tədbirləri həyata keçirmişdir. 

Bu gün müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli liderin siyasəti Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və çağırışlarına müvafiq surətdə uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin ulu öndər Heydər Əliyevin müdrik siyasi kursunu, mütərəqqi dövlətçilik konsepsiyasını uğurla davam etdirməsi nəticəsində ölkəmiz öz inkişafında yeni mərhələyə daxil olmuşdur. Bu baxımdan, son vaxtlar aparılan struktur və kadr islahatları xüsusi əhəmiyyət kəsb edir və xalqımız tərəfindən yüksək qiymətləndirilir.

44 günlük Vətən müharibəsində Azərbaycanın Böyük Qələbəsi yalnız hərbi üstünlüklə məhdudlaşmır. Xalq-dövlət ordunun möhkəm birliyi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımlıarı bu sahədə önəmli rol oynamışdır. 

Müharibənin aktiv hərbi əməliyyatlar mərhələsinin başa çatmasından sonra Cənubi Qafqazın geosiyasi mənzərəsi ilə bağlı baş verən proseslər bunu təsdiq edir.

 Sərraf Nağıyev,

YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com