20.8 C
Aghjabadi

Heydər Əliyev və milli dövlətçilik

  Hər bir xalqın müstəqil dövlət quruculuğu yolu bir sıra mühüm daxili və xarici amillərlə şərtlənir.  Azərbaycan xalqı yaranmış tarixi şəraitdən, eləcə də özünün siyasi, iqtisadi, mədəni və intellektual potensialından istifadə edərək XX əsrin sonunda öz istiqlal, azadlıq arzusunu həyata keçirmişdir. Müstəqillik dövrünün qısa tarixi ümumilli lider Heydər Əliyevin belə bir fikrini təsdiq edir ki, “ müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. 

 Azərbaycanın müstəqil dövlətçilik tarixinin təhlili göstərir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyaya iradəli, geniş və qlobal dünyagörüşlü, xalqın dəstəyinə malik olan və onun milli liderinə çevrilmiş şəxs rəhbərlik edə bilərdi. XX əsrin 90-cı illərində  Azərbaycanda baş verən özbaşınalığın,  anarxiyanın və digər mənfi halların öhdəsindən gələ biləcək yeganə insan Heydər Əliyev idi. Ulu öndərin əməli və nəzəri fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi və ideya-siyasi dünyagörüşü təşkil edirdi. Onun bu sahə üzrə toplanmış zəngin irsinin tədqiqi təkcə bugünkü ictimai-siyasi dairələr üçün deyil, həm də gələcək nəsillər və ölkəmizə rəhbərlik edəcək bütün liderlər üçün örnək rolunu oynamağa layiqdir. Müasir Azərbaycanın möhkəm özülünü qoymuş bu tarixi şəxsiyyətin ideya dünyası onun davamçılarının yoluna həmişə işıq salacaq. Uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən ayrı salınmış, milli və dövlətçilik maraqları tapdalanmış Azərbaycan xalqının özünəqayıdış və özünütəsdiqində ulu öndərin böyük əməli fəaliyyəti olmuşdur.

  1993-cü ildən Heydər Əliyevin siyasi rəhbərliyə gəlişi ilə bütün  vətəndaşlarımızın dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin istiqlaliyyətini dəstəkləyən insanların vahid dövlətçilik ətrafında birləşdirilməsi üçün ciddi iş aparıldı. Məhz bu fenomenal şəxsiyyət azərbaycançılıq ideyasına yeni bir məzmun verərək onu ölkənin milli-etnik xüsusiyyətlərinə, müasir dövrün tələblərinə uyğunlaşdırdı.

    Ulu öndərin dövlət təlimində güclü dövlət anlayışı və özünün bütün atributları ilə birgə onun iqtisadi, siyasi, sosial və mənəvi əsasları öz əksini tapmışdır. O, hər bir dövlətin varlığının əsasını təşkil edən iqtisadi inkişafı dövlət həyatının ən vacib vəzifəsi hesab edirdi.  Heydər Əliyev öyrədirdi ki, dövlət qurarkən cəmiyyətin yaşam tərzini, ictimai həyat normalarını, idarəçiliyi, qanunçuluğu, sabitliyi, milli həmrəyliyi, beynəlxalq təhlükəsizliyi o zaman dolğun, davamlı təmin etmək olar ki, dövlətin iqtisadiyyatı normal vəziyyətdə olsun və qarşıya qoyulmuş məqsədlərə cavab versin. Bununla yanaşı  ulu öndər hər bir vətəndaşı milli əxlaqa və güclü iradəyə malik, qlobal və azad düşüncəli, ölkədaxili, beynəlxalq proseslərdən baş çıxara bilən, təhsilli, ədalətli, vətəni və xalqı üçün gərəkli insan kimi görmək istəyirdi.  

 Ölkənin bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu  inkişaf ilk növbədə xalqımızın ümumilli lideri Heydər Əliyevin  uğurlu şəkildə müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Bütün həyatı boyu  Vətəninin, xalqının gələcəyini düşünən dahi rəhbər   dövlət müstəqilliyimizin daimi olması üçün konkret olaraq strateji inkişaf istiqamətlərini müəyyənləşdirmişdir. Hazırda bu siyasət ümumilli liderin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  uğurla tərəfindən  davam etdirilir.  

    18 ildir ki, ümumilli lider cismən aramızda olmasa da,  onun   vətənin inkişaf naminə gördüyü işlər bu dahi şəxsiyyəti qəlbimizdə əbədi yaşadacaqdır. 

Hüseyn QULUZADƏ

Əvvəlki məqaləDahi şəxsiyyət
Növbəti məqalədəAzərbaycan xalqının dahi oğlu

Xəbər lenti

Kəhrizli kəndində səyyar qəbul keçirilib

            Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov səyyar qəbullarda rayonun müxtəlif kəndlərində yaşayan sakinlərlə görüşür, mövcud problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar...

Şəhid Toğrul Abbasovun anım günü qeyd edildi

            Torpağı Vətən edən, onu bütövləşdirən, bu amal uğrunda şəhadətə ucalan Vətən oğullarının sırasında Abbasov Toğrul Bayram oğlu da var idi. Sentyabrın...

Prezident İlham Əliyev Füzuli rayonuna səfər edib

https://www.youtube.com/watch?v=eo_JiDuoPAI

Şəhid Əmrah Mamedovun Anım günü qeyd olunub

            Sentyabrın 27-də Vətən müharibəsində qəhrəmancasına vuruşaraq, şəhadətə ucalan Əmrah Mamedovun anım mərasimi keçirildi. Mərasimində Ağcabədi Rayon İcra...

Müstəqilliyimizin əbədi qarantı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Füzuli rayonuna səfəri zamanı geniş çıxış edib. Dövlət başçısı qeyd edib ki, 27 sentyabr - Anım Günü bütün Azərbaycan xalqı şəhidlərimizin əziz...

Qızılyel xəstəliyinin hansı fəsadları ola bilər?

“Qızılyel streptokokk mikrobun törətdiyi ağır infeksion xəstəlikdir. Qızılyel zamanı dəri zədələnir, dəridə xarakterli al-qırmızı ləkələr əmələ gəlir”. Bu söləri Mayomed Fizioterapiya və...

Televiziyadan baxdığımız superliqa və ya bizimkilərə Türkiyədə niyə maraq yoxdur?

Ötən mövsümün sonlarına doğru Türkiyənin nəhəng klubları olan "Beşiktaş" və "Qalatasaray"ın məsul şəxslərinin Azərbaycandan futbolçu transfer edə biləcəklərini dilə gətirmələri yerli mediamızda...

Çox oxuyan, çox bilər

Nitq mədəniyyətinin formalaşmasında və söz ehtiyatının yaranmasında bilik mənbəyi olan kitablar əvəzedilməz rol oynayır. Son dövrlər təəssüf ki, kitaba münasibət xeyli dəyişib,...

Rayonda 2022-ci il yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmət və iaşə dövriyyəsi

2022-ci il yanvar-iyun aylarında rayon ərazisində ümumilikdə əhaliyə 32687.9 min manat ödənişli xidmət göstərilmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 2021-ci ilin müvafiq...

Ucalaraq əbədiyyət zirvəsinə…

Ellər üçün can vermək də dedi, azdı,Həyatıyla ölümlərə məzar qazdı.Öz adından zamanlara zəfər yazdı,Tarixlərdə həmişəlik qaldı şəhid. Amalından günəş...

Şərhlər