M.Aranlı adına Ağcabədi şəhər 11 saylı tam orta məktəbin tarix müəllimi İradə Cəfərova tərəfindən “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda açıq dərs keçirilib. Məktəbin direktoru Lətafət Əlizadənin iştirak etdiyi açıq dərsdə şagirdlərə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışılıb, onlara ulu öndərin humanistliyi, uzaqgörənliyi, ideyaları haqqında ətraflı şəkildə məlumat verilib. Eyni zamanda İradə Cəfərova Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun sentyabrın 27-də başlanan və 30 illik işğala son qoyan 44 günlük Vətən müharibəsindəki şücaətindən, qəhrəmanlığından, xalqımızın birliyindən danışaraq, böyük tarixi hadisələr yaşadığımızı qeyd edib.
Sonra şagirdlər ümummilli liderin həyat və fəaliyyətinin ayrı-ayrı məqamları ilə bağlı təəssüratlarını bölüşüblər.
Rəmziyyə HƏSƏNOVA