Ağcabədi Rayon Gənclər və İdman İdarəsində taekvondo idman növü üzrə Azərbaycan çempionatı və birinciliyində uğurlu nəticələr əldə etmiş ağcabədili idmançılarla görüş keçirilib.
Bölgə müxbiri xəbər verir ki, gənclər və idman idarəsinin rəisi Rüfət Quliyev idmançıları qazandıqları nəticə münasibətilə təbrik edib, onlara yeni uğurlar arzulayıb. Bildirilib ki, son illərdə taekvondo idman növünə Ağcabədidə maraq artmaqdadır. Bunu taekvondo idman növü üzrə son respublika çempionatı və birinciliyində əldə olunan nəticələr də təsdiq edir. Belə ki, noyabrın 29-dan dekabrın 5-dək keçirilmiş taekvondo idman növü üzrə Azərbaycan çempionatı və birinciliyində iştirak edən ağcabədili idmançılar uğurlu nəticə göstərərək 8 medal qazanıblar. İdmançılardan Firəngül Abbaszadə və Vasif Səlimov birinci, Səfər Behbudzadə, Kənan Əliyev, Riad Quliyev və Elcan Əmirov ikinci, Novruz Əliyev və Qaraş Bağırov üçüncü yerə layiq görülüb.
MƏNBƏ : AZERTAG.AZ