20.2 C
Aghjabadi

Gənclərin karyera və məşğulluğu üzrə növbəti təlim Ağcabədidə keçirildi

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin (ADTGT) icra etdiyi “Qarabağ gənclərinin karyera və məşğulluğu üzrə təlim-məsləhət xidmətlərinin təşkili” adlı maarifləndirici layihə çərçivəsində növbəti təlim Ağcabədi şəhərində təşkil olundu.

4 ay müddətində icra olunan layihə Qarabağ iqtisadi regionunun Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Füzuli rayonlarında gənclərə bərabər məşğulluq imkanları yaratmaq və onların effektiv karyera qurmaları üçün zəruri bilik, bacarıq və təcrübə aşılamağı nəzərdə tutur.

Layihə Qarabağ gənclərinin karyera ehtiyaclarının təmin olunması və bu regionun gənclərinin məşğulluq sahəsində fəaliyyət dairələrinin zənginləşməsi üçün şərait yaradılmasını stimulaşdıracaq.

Layihə nəticəsində Qarabağ iqtisadi regionunun gənclərinin karyera və məşğulluğu üzrə məlumat-konsaltinq xidmətlərinin inkişafına təkan verəcək davamlı fundamental təlim bazası və könüllü təlimçilər şəbəkəsinin qurulması da nəzərdə tutulur.

Layihə çərçivəsində 5 rayon üzrə gənclər arasında məşğulluğun səviyyəsi, bu sahədə real vəziyyət, karyera imkanları barədə gənclərinin rəy və təkliflərilə bağlı onlayn sosioloji sorğu keçirilmiş ki, bunun əsasında da hesabat hazırlanıb geniş ictimaiyyətə və aidiyyətli qurumlara təqdim olunmuşdu.

Layihə çərçivəsində iştirakçılar və onların vasitəsilə digər həmkarları üçün “Qarabağ gənclərinin məşğulluq və karyera imkanları” adlı Yaddaş kitabçası çap olunub paylanacaq və eləcədə davamlılıq üçün qurulan 15 nəfərlik könüllü təlimçilər şəbəkəsi üzvlərinə peşəkar təlim modulları təqdim olunacaq.

Sosial media və şəbəkələrdə silsilə PR işləri aparılacaq, geniş ictimai reklam kampaniyası təşkil olunacaq və layihə davamlılığı olaraq Qarabağ gənclərinin məşğulluğu üçün iş təklifləri ilə əlaqədar HR funksiyalı, virtual məlumat-kadr bazası qurulacaq, regionda hökumət və özəl qurumlarla faydalı əməkdaşlıq və tərəfdaşlıq qurulacaq.

30 nəfər fəal gəncin iştirakı ilə Ağcabədi şəhərində təşkil olunan təlim kursunun açılışında rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin, GİKM Ağcabədi nümayəndəliyinin məsul əməkdaşları və ADTGT rəhbərliyi çıxış edərək, rayon gənclərinin maariflənməsi və karyera inkişafı üçün bu layihənin müsbət əhəmiyyətini və tərəflərini qeyd etdilər. İnteraktiv şəkildə davam edən təlimdə Ağcabədi gənclərinə karyera, məşğulluq və iş axtarışı sahəsində bilik, bacarıq və təcrübələr aşılanaraq, onların bu sahədə potensialının artırılmasına dəstək verildi.

Xəbər lenti

Şəhid Hafiz Həziyevin anım mərasimi keçirildi

Il Qarabağ müharibəsində işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi əməliyyatlarında iştirak edən qəhrəmanlarımızdan biri də Ağcabədi rayonunun Yeni Qaradolaq kəndindən olan...

Cəbrayıldan başlayan “Böyük Qayıdış”

         Azərbaycan 44 günlük Vətən müharibəsini qələbə ilə yekunlaşdırdıqdan sonra dünyaya azad etdiyi torpaqlara necə sahibləndiyini, onu necə göz...

Avşar kəndində səyyar qəbul

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2022-ci il üçün sayca  30-cu səyyar qəbulu Avşar kəndində  keçirilib. Səyyar qəbulda rayon icra hakimiyyəti başçısı  aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və...

Şagirdlərə “18 Oktyabr Müstəqiliyin Bərpası Günü” adlı məruzə oxunub

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən yeni tədris ilində şəhər ümumtəhsil məktəblərində məruzələrin davam etdirilir Oktyabr ayında keçirilən məruzələr Vətən muharisəsinin...

Bronxoektaziya xəstəliyində niyə müalicəvi idman terapiyası mütləqdir?

Bronxoektaziya – bronxların patoloji genişlənməsi ilə xarakterizə olunan iltihabı xəstəlikdir. Bronxoektaziya əksər hallarda ağciyərin bir çox xəstəliklərinin (vərəm, xroniki abses və bir...

4 Oktyabr Yaddaşlarda qalan tarixi gün

Azərbaycan Ordusu 44 gün ərzində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Zəfər yürüşünü uğurla, şərəflə və qətiyyətlə davam etdirdi, daim irəli getdi,...

Ağcabədidə 5 Oktyabr – Müəllimlər Günü qeyd olundu

Ağcabədi rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları öncə ulu  öndər Heydər Əliyevin abidəsini ziyarət edib...

Müəllimlər təltif olundu

5 oktyabr Müəllimlər Günü ilə bağlı növbəti tədbir  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində keçirilib. Çağırışa qədər...

Böyük Qayıdış Cəbrayıldan başlamışdır

           Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində 30 ilə yaxın Azərbaycan torpaqlarının 20 faizi, Qarabağ ərazisi və ətraf...

Ağcabədidə “Zəfərin ilk müjdəçisi – Cəbrayıl“ adlı dəyirmi masa keçirilib

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Zəfərin ilk müjdəçisi - Cəbrayıl“ adlı dəyirmi masa keçirilib. Ağcabədi şəhər 3 nömrəli...

Şərhlər