Qaliblər mükafatlandırıldı

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi çərçivəsində Ağcabədi Regional Mədəniyyət İdarəsi tərəfindən silsilə tədbirlər, sərgilər, müsabiqələr keçirilir. Növbəti müsabiqə Azərbaycan Pedaqoji Universitetinin Ağcabədi filialının və Ağcabədi Pedaqoji Kollecinin tələbələri arasında keçirilmişdir.

Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən, ölməz şair Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş şeir və bədii-qiraət müsabiqəsində 36 nəfər tələbə iştirak etmişdir.

Münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib və elan olunub. Azərbaycan Pedaqoji Universitetinin Ağcabədi filialının tələbəsi Firuzə Süleymanlı I, Ağcabədi Pedaqoji Kollecinin tələbəsi Durna Qurbanlı II, ADPU-nun Ağcabədi filialının tələbəsi Simarə Rüstəmova və Ağcabədi Pedaqoji Kollecinin Elvin Süleymanlı III yerə layiq görülüblər. Qaliblərə növbəti gün ARMİ-nin Fəxri fərmanları təqdim olunub.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər