Rəsm və inşa müsabiqəsi keçirilib

  Ağcabədi Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə rayon mərkəzi kitabxanasında Vətən müharibəsində qazanılmış Qələbəyə həsr olunmuş “Qələbəmiz uşaqların gözü ilə” və “Qələbəmiz uşaqların sözü ilə” mövzusunda rəsm və inşa müsabiqəsi keçirilib. Sözügedən müsabiqələrin qalibləri Fəxri fərmanlarla təltif olunublar. “Qələbəmiz uşaqların gözü ilə” rəsm müsabiqəsində Pərioğullar kənd kitabxana filialının fəal oxucusu 8-ci sinif şagirdi Mirzə Məmmədov 1-ci, Yeni Qaradolaq kənd kitabxana filialının fəal oxucusu, 4-cü sinif şagirdi Asiman Əlizadə 2-ci, Şərəfxanlı kənd kitabxana filialının fəal oxucusu, 9-cu sinif şagirdi Dünya Həsənova,  Kürdlər kənd kitabxana filialının fəal oxucusu, 6-cı sinif şagirdi Salman Babayev və Hüsülü kənd kitabxana filialının fəal oxucusu, 2-ci sinif şagirdi Fərhad Əhmədli 3-cü yerə layiq görülüblər.

“Qələbəmiz uşaqların sözü ilə” inşa müsabiqəsində isə Ağcabədi Rayon Mərkəzi Kitabxanası uşaq şöbəsinin fəal oxucusu, 8-ci sinif şagirdi Gülnur Məmmədzadə 1-ci, Hüsülü kənd kitabxana filialının fəal oxucusu, 3-cü sinif şagirdi Aylin Baxışova 2-ci, Ağcabədi Rayon Mərkəzi Kitabxanasının fəal oxucuları, 4-cü sinif şagirdi Zeynəb İsmayılzadə, 5-ci sinif şagirdi Aynur Məmmədzadə və Biləğan kənd kitabxana filialının fəal oxucusu, 6-cı sinif şagirdi Ayan Aslanova 3-cü yer tutublar.

Müsabiqə qaliblərinə Fəxri fərmanlar təqdim olunub.

Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər