Şəhidin doğum günü qeyd olunub

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub, şəhadətəucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrini, məzarlarını ziyarət etmək artıq ənənə halını alıb. Onlar bizim həm nisgil, həm də qürur yerimizdir. Döyüş meydanında şücaət göstərərək, şəhid olan igidlərimizdən biri də Rüstəmov Murad Əsəd oğludur.

14 dekabr 2021-ci il tarixdə anadan olduğu Şərəfxanlı kəndində şəhidin doğum günü qeyd olunub. Mərasimdə rayon icra hakimiyyəti aparatının nümayəndələri, SHXDÇX Ağcabədi rayon şöbəsinin əməkdaşları, kənd sakinləri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, şəhidin yaxınları və media mənsubları iştirak ediblər.

Mərasim iştirakçıları tərəfindən əvvəlcə M. Əsədovun kənd qəbiristanlığındakı məzarı  ziyarət olunub, üzərinə tər çiçək dəstələri düzülüb və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra qəhrəmanın doğulduğu evdə çay süfrəsi ətrafında toplaşan ziyarətçilər onun keçdiyi qısa, lakin şərəfli ömür yolundan danışıb, xatirələrini bölüşüblər.

Qeyd edək ki, Murad Əsədov Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılıb. 2020-ci il oktyabrın 9-da Cəbrayıl istiqamətində gedən döyüşlərin birində şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. 

Rəmziyyə HƏSƏNOVA

Xəbər lenti

“Azəriqaz”: Gələn həftə bir şəhərdə və dörd rayonda sakinlərin müraciətləri dinləniləcək

Gələn həftə daha bir şəhərdə və üç rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.AZƏRTAC xəbər verir ki, aksiya fevralın 6-da saat 11:00-dan...

ANAMA: “Füzulidə ehtimal edilən kütləvi məzarlıqda minalar var”

“Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndinin ərazisindəki ehtimal edilən kütləvi məzarlıqda minalar var”. “Report”un əməkdaşı xəbər verir ki, bunu ANAMA...

“Qladiator 2” filminin premyera tarixi açıqlanıb

“Paramount” kinostudiyası baş rolu Rassel Krounun canlandırdığı məşhur "Qladiator" filminin növbəti bölümünün premyera tarixini açıqlayıb. AZƏRTAC kinonews.ru saytına istinadla...

Telekommunikasiya vasitələrinin qanunsuz dövriyyəsinə görə yeni cərimələr məlum olub

Telekommunikasiya vasitələrindən və qurğularından qanunsuz istifadə edilməsi və onların qanunsuz dövriyyəsinə görə yeni cərimələr müəyyənləşib. Bu, Prezident İlham Əliyevin...

Dövlət orqanlarının internet informasiya resurslarından istifadə üzrə ötən ilin statistikası açıqlanıb

Ötən il ərzində dövlət orqanlarının rəsmi internet resurslarına ən çox istifadəçi müraciətləri qeydə alınan domenlər məlum olub. Dövlət orqanlarının...

Fevralın 4-ü Ümumdünya Xərçənglə Mübarizə Günüdür

2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən Ümumdünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir.

12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər Qarabağa gəlib

Böyük Britaniyada yaradılmış və 12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupunun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb. Səyyahlar artıq Azərbaycanın Xocavənd rayonundakı...

Fevral-mart aylarında üzüm bağlarında diqqət yetirilməli məqamlar

Soyuq aylarda, xüsusilə fevral-mart aylarında üzüm bağlarında torpağın müəyyən qatında yumşaltma işləri aparılır, səthi hamarlanır, sahə kvartal və qurşaqlara bölünərək, yeni üzümlüklər...

ÜST: Koronavirusun 600-dən çox alt növü var

Hazırda dünyada koronavirusun 600-dən çox alt növü, o cümlədən XBB.1.5 yayılmaqdadır. Xüsusən XBB.1.5 növünün daha geniş yayılacağı gözlənilir. AZƏRTAC...

Ekoloji cinayətə qarşı etirazlar 55 gündür davam edir

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və...

Şərhlər