3-cü doza üzrə vaksinasiya gücləndirilib

Rayonumuzda koronavirus pandemiyası ilə əlaqədar əhali arasında vaksinasiya tədbirləri genişləndirilib. Rayon üzrə vaksinasiya kampaniyasının rəhbəri Sabir Məhərrəmovun dediklərinə görə, bu istiqamətdə mühüm addımlar atılır. Görülmüş tədbirlər nəticəsində 71 min nəfərdən çox I; 69 min nəfərdən çox II; 38 min nəfərdən çox sakin III doza üzrə peyvənd olunub.

Qeyd edək ki, II dozadan 5 ay keçəndən sonra rayon sakinləri gücləndirici III booster dozaya cəlb olunurlar. Vaksinasiya tədbirləri 18 yaşından yuxarı bütün şəxslərə şamil olunur.

S.Məhərrəmov qeyd edib ki, rayonda yataq xəstəsi olan vətəndaşlara səyyar şəkildə xidmət göstərilir. Bu məqsədlə bölgənin bütün kəndlərində səyyar həkim briqadalar təşkil olunub. Həmin briqadalar müntəzəm olaraq, sakinlər arasında vaksinasiya tədbirləri aparırlar. Kampaniya rəhbəri bildirib ki, koronavirus xəstələrinin aşkar olunması üçün rayon mərkəzi xəstəxanasında yaradılmış laboratoriyada test analizləri həyata keçirilir.

Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər