Nümunəvi həyat yolu

7 dekabr 2021-ci il tarixdə Əlfi Məmmədov adına Ağcabədi rayon Salmanbəyli kənd tam orta məktəbində “Çempionumuz” sosial idman layihəsi çərçivəsində karate – do idman növü üzrə Azərbaycan Respublikasının Əməkdar məşqçisi, 4-cü İslam Həmrəyliyi Oyunlarında hakim, yetirmələri dəfələrlə dünya və Avropa çempionu, beynəlxalq yarışların qalibi olmuş, Beynəlxalq dərəcəli 2-ci qara kəmər sahibi Eldəniz Qənbərov ilə məktəblillərin görüşü keçirilmişdir.

Görüş zamanı Salmanbəyli kənd tam orta məktəbinin direktoru Gülbikə Məmmədova, rayon Təhsil Şöbəsinin metodisti Baxşeyiş Məmmədov çıxış edərək, “Çempionumuz” sosial idman layihəsinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğ olunmasında xüsusi önəm daşıdığını vurğulamışlar.

Sonra Eldəniz Qənbərov həyat və fəaliyyəti, eləcə də idmanda qazandığı uğurlar barəsində tədbir iştirakçılarına ətraflı məlumat vermiş, məktəbliləri maraqlandıran sualları cavablandırmış və şagirdlərlə xatirə şəkilləri çəkdirmişdir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər