Respublikamızın ən iri pambıqçılıq bölgələrindən sayılan rayonumuzda pambıq yığımı davam edir. Son vaxtlar havaların əlverişsiz keçməsinə baxmayaraq fermerlər bütün imkanları səfərbərliyə alaraq, min zəhmət bahasına yetişdirdikləri məhsulun sahələrdə qalmaması üçün əllərindən gələni əsirgəmirlər. Hər gün emal müəssisələrinə tonlarla pambıq təhvil verilir.
Təkcə 13 dekabr 2021-ci il tarixdə rayonda 61 ton 422 kq məhsul tədarük olunub. Pambıqçılar indiyədək 11 min hektar əkin sahəsindən 33 min 96 ton 834 kq “ağ qızıl” istehsal ediblər. Bu da hər hektardan 30,09 sentner təşkil edir.
Hazırda yaranmış hava şəraitindən maksimum istifadə edən istehsalçılar pambığı son qozasınadək yığıb təhvil vermək üçün var qüvvə ilə çalışırlar.
“Aran”